Qısa məzmun
Ə/h 425 AZN. Melissa Group Nəzarətçi üzrə vakansiya elan edir. Azərbaycan dilində sərbəst yazmaq, oxumaq, və danışmağı bilməsi vacibdir.
“Melissa Group” – yaşayış komplekslərinin inşasını həyata keçirən Azərbaycanın ən proqressiv tikinti şirkətlərindən biridir. Bizimlə birlikdə çalışmaq istəyirsinizsə, sizi komandamıza dəvət edirik. Elan etdiyimiz vakansiya Ofis meneceri (receptionist) vakansiyasıdır.
İş barədə məlumat:
- Müəssisənin missiyasına, məqsədlərinə və siyasətinə müvafiq işləmək
- Buraxılış nəzarət sisteminin həyata keçirilməsi
- Müəssisə ətrafını nəzarət altında saxlamaq, kamera vasitəsilə nəzarəti təmin etmək
- Daxili təhlükəsizlik qaydalarına əmək olunmasına nəzarət etmək
- Təlimatda qeyd edilən istisna hallar xaric, vəzifə yerini tərk etməmək
- Hadisələrə qarşı diqqətli davranmaq
- Başverən hadisə barədə növbə rəisini mütəmadi olaraq məlumatlandırmaq
- Obyekti vaxtaşırı gəzmək, vəzifələrin icrasını həyata keçirmək
- Obyektə gələn qonaqlarla etik normalar əsasında davranma, gülərüz münasibət göstərmək
- Tapşırılan ərazidə yerləşən obyektləri daim nəzarətdə saxlamaq
- Xidmət zamanı baş verən hallar barədə növbə rəisinə məruzə etmək
- Növbə zamanı ona tapşırılmış ərazini tam nəzarətdə saxlamaq və növbəni təlimata uyğun qaydada aparmaq
- Növbə zamanı xüsusi geyim formasında olmaq
- Növbəni təlimata uyğun şəkildə təhvil almaq və təhvil vermək
- Şirkətin daxili nizam-intizam və etik davranış qaydalarına riayət etmək
- Obyekt daxilində müştəriyə yardımçı olmaq, lazım gəldiyi təqdirdə istiqamətləndirmə və məlumatlandırma işini görmək
- Yanğın və şəxsi təhlükəsizlik qaydalarına əməl etmək
Namizədə dair tələblər:
- Yaş: 20-30
- Cinsi: kişi
- Boyu: 180 sm
- Həqiqi hərbi xidməti başa vurmuş
- Təhsili: Tam orta və ya peşə təhsili
- Azərbaycan dilində sərbəst yazmaq, oxumaq, və danışmağı bilməsi vacibdir
- Rus dilini bilməsi üstünlükdür
- Çevik və doğru qərar vermə bacarığı
İş haqqında məlumat:
- İş yeri: Bakı şəhəri
- Vəzifə: nəzarətçi
- İş rejimi: növbəli iş qrafiki, 12 saatlıq (gündüz 07:00-19:00, gecə 19:00-07:00-a dək)
- İstirahət vaxtı: növbəli iş qrafikinə uyğun tənzimlənir
- Əmək haqqı: 425 AZN
- Əmək münasibətləri AR ƏM əsasında tənzimlənir
CV-lərinizi hr@melissagroup.az ünvanına “nəzarətçi” başlığı ilə göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Videomonitorinq üzrə mütəxəssis
Azdizayn MMC Videomanitorinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...