Qısa məzmun
Ayan MMC Nəzarətçi Operator vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
– Dolum xətlərində doldurulmuş, ağzı qapaqla bağlanmış, etiket və istehsal tarixi vurulmuş hazır məhsulu nəzərdən keçirtmək;
– Hazır məhsulun (doldurulmuş qabın) suyunun içərisində yad cisimin olmamasına, suyun şəffaflığına nəzarət etmək;
– Hazır məhsulun qapağının bağlı olmasına, etiketin və istehsal tarixinin düzgün vurulmasına nəzarət etmək;
– Əməyin mühafizəsi üzrə qaydalara uyğun olaraq fərdi mühafizə vasitələrindən istifadə etmək;
– Məhsulları əməyin mühafizəsi və gigiyena tələblərinə uyğun olaraq nəzarət;
– Gərək olduğunda təmizlik işlərinə dəstək.
Namizədə dair tələblər:
– Xanım namizəd
– Yaş həddi: 22-40
– İşə qarşı ciddi, məsuliyyətli
– Cəld, təmizkar və kollektivdə işləmə bacarığı olmalı
Xırdalana yaxın ərazilərdə (Sumqayıt, Masazır, Biləcəri) ərazisində yaşayanlara üstünlük veriləcəkdir.
Əlavə məlumatlar:
– İş vaxti 08:00-dan 18:00-dək
– 6 günlük iş rejimi
– Əmək haqqı: 380 Azn
– Servis xidməti mövcuddur
– Nahar şirkət tərəfindən verilir.
Uyğun olan şəxslərdən öz CV-lərini qeyd olunmuş hr@ayanltd.az elektron poçt ünvanına mövzu adı yerində “Nəzarətçi Operator” yazılmaqla və ya aktiv nomrənin whatsappına (ad soyad, yaş, vakansiyanın adı, təcrübə, yaşayış yeri) məlumatlarını yazıb göndərmələri xahiş olunur.
Müraciətlərə həftənin I-V günləri 08:00-dan 17:00-a baxılacaqdır.
Müsahibəyə dəvət olunan namizədlər şirkətə giriş üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. Əlaqə nömrələri: +994512707504