Qısa məzmun
PASHA Technology Şəbəkə əməliyyat mərkəzinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə: Şəbəkə əməliyyat mərkəzinin mütəxəssisi
Şöbə: İnfrastruktur
Birbaşa rəhbər: İnfrastruktur şöbəsinin rəhbəri
Dərəcə: Yenilənəcəkdir
Rəhbərlik səviyyəsi: Tətbiq olunmur
Məsuliyyətlər:
“PAŞA Technology” MMC-nin bəzi vacib hədəfləri
- SA-lara aşağı qiymətə yüksək keyfiyyətli xidmət göstərmək
- Ekosistemdən maksimum istifadəyə əsaslanan yeni platformalara vasitəsilə sinergiya yaratmaq
- Müştəri təcrübəsini və xidmət keyfiyyətini artırmaq (rəqəmsal amillərə və İT imkanlarının gücləndirilməsinə əsaslanan kompleks yanaşma vasitəsilə)
- Qrup üzrə innovasiya imkanlarını müəyyən etmək və səfərbər etmək
- “Agile” iş üsulu üçün tələb olunan təməl prinsipləri formalaşdırmaq
- Ən istedadlı kadrları qoruyub saxlamaq və yeni strategiyaya əsasən tələb olunan yeni imkanları yaratmaq (məsələn, rəqəmsal, analitik, “agile”)
- Bazar tendensiyalarına uyğun olaraq müvafiq bacarıqları inkişaf etdirmək
Əsas vəzifələr:
- “PAŞA Technology” MMC-nin Data Mərkəzi obyektləri, hesablama və saxlama sistemlərinə 1-ci səviyyəli yardımın göstərilməsi
- “PAŞA Technology” MMC-nin “Windows”, “Linux” və “Unix” əməliyyat sistemlərinə əsaslanan İT və bulud sistemlərinin monitorinqi
- “PAŞA Technology” MMC-nin bulud xidmətləri üzrə təkliflərinin monitorinqi (IaaS, SaaS, PaaS)
- “Agile” iş üsulunu dəstəkləmək
- Bulud infrastrukturunun idarə olunması məqsədilə yüksək səviyyəli avtomatlaşdırma imkanlarının təmin edilməsi üçün proqram təminatının yaradılması və İT əməliyyatları prinsiplərindən fəal istifadə
- Şəbəkə əməliyyat mərkəzində müxtəlif alətlər dəstindən daxil olan həyəcan siqnallarının və bədbəxt hadisələrin çeşidlənməsi və yoxlanılmasının həyata keçirilməsi
- Həyəcan siqnallarının araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün müvafiq komandaya bildirilməsi
- Şəbəkə əməliyyat mərkəzi tərəfindən idarə olunan təhlükəsizliyə nəzarət mexanizmləri vasitəsilə təsdiqlənmiş mexaniki, ssenariləşdiriliş və ya avtomatlaşdırılmış yumşaltma tədbirlərinin həyata keçirilməsi
- Göstəriş əsasında yumşaltma və islahedici tədbirlərə yardımın göstərilməsi
- İşlərin idarə olunması alətində işlərin emal edilərək yekunlaşdırılması
- Şəbəkə əməliyyat mərkəzinin tərəfindən yekunlaşdırılmış əsas işlər üçün hadisə sonrası təhlilin aparılmasında iştirak
- Şəbəkənin müdafiə sistemləri, müdaxilələrin aşkar edilməsi və qarşısının alınması sistemləri, VPN, veb tətbiqlərinin müdafiə sistemləri və bir sıra digər təhlükəsizlik məhsullarının trafik və qeydiyyat jurnalının monitorinqi
- Effektiv TCP/IP şəbəkə bacarıqlarından istifadə edərək ümumi şəbəkə problemlərini təcrid etmək və diaqnoz qoymaq üçün şəbəkə nasazlıqlarının aşkarlanması və aradan qaldırılması
- Telefon və digər elektron vasitələrlə qəbul edilmiş idarə edilən xidmətlərlə bağlı texniki yardım barədə sorğuların cavablandırılması
- Konfiqurasiya, texniki istismar, bədbəxt hadisələrin idarə olunması və digər məsələlərlə bağlı sorğuların vaxtında cavablandırılması (rəsmiləşdirilmiş xidmət səviyyəsi haqqında müqavilə çərçivəsində).
- Şirkət daxilində və müştərilərlə effektiv məlumat mübadiləsi aparmaq üçün “PAŞA Technology” MMC-nin sorğuların yönləndirilməsi sistemində tədbirlərin sənədləşdirilməsi.
- Müştərilərin idarə olunan cihazları vasitəsilə şəbəkə və ya bulud resurslarına çıxışla bağlı ehtiyaclarının qarşılanması və suallarının cavablandırılması.
- Müəyyən edilmiş siyasət, prosedur və təhlükəsizlik prosedurlarına əməl edilməsi
- Problemlərin müstəqil şəkildə həll edilməsi və məruzə prosedurlarının başa düşülməsi.
- “Agile” iş üsulunu dəstəkləmək
- Müntəzəm əməliyyatların icrası zamanı həmkarlara və komanda üzvlərinə fəal yardımın göstərilməsi
- İnfrastruktur nasazlıqlarının aradan qaldırılması
- Proses və siyasətlərə davamlı yardım və uyğunluğun təmin edilməsi: İTİL (İnformasiya Texnologiyaları İnfrastrukturu Kitabxanası), bəxbəxt hadisələrin idarə olunması, problemlərin idarə olunması, texniki dəstək xidmətinin idarə olunması, dəyişikliklərin idarə olunması, əməliyyatların monitorinqi və fəaliyyətin məruzə edilməsi
- Standart əməliyyat prosedurlarına uyğun olaraq müstəqil təchizatçı və podratçılarla münasibətlər, müqavilələr və onlar tərəfindən göstərilən xidmətlərin idarə olunması
- Əməliyyatların səmərəliliyi, tapşırıqlar və layihələri müzakirə etmək üçün infrastruktur şöbəsinin rəhbəri ilə müntəzəm formal görüşlərdə iştirak etmək
- Bədbəxt hadisələrin infrastruktur şöbəsinin rəhbərinə bildirilməsi
- Maraqlı tərəflərlə bədbəxt hadisələr, baş verən nasazlıq və qüsurlar, həyata keçirilən müvəqqəti və islahedici tədbirlər barədə rəsmi hesabat vermək
İkinci dərəcəli öhdəliklər:
- “PAŞA Technology” MMC-nin monitorinq sistemlərinin idarə edilməsi və istismarı
- Bədbəxt hadisələrin müəyyən edilməsi, onların ağırlıq dərəcəsini və tələb olunan cavab tədbirini müəyyən etmək üçün təhlil və araşdırmanın aparılması.
- “PAŞA Technology” MMC-nin sistemləri və şəbəkələri üzrə nasazlıqların müəyyən edilməsi və cavab tədbirlərinin görülməsi, müstəqil təchizatçılarla əməkdaşlıq,
- sazlıqların məruzə edilməsi və həll olunması.
- Bədbəxt hadisələrin siyasət və prosedurlara uyğun olaraq düzgün şəkildə məruzə edilməsi və sənədləşdirilməsinin təmin edilməsi.
- Kondisioner, UPS, generatorlar, enerji istehlakı, sağlamlıq, təhlükəsizlik və inzibati-təsərrüfat fəaliyyəti üzrə cari yoxlanışların monitorinqi və idarə olunması yolu ilə adanlıqların texniki xidmətinin həyata keçirilməsi.
- Şəbəkə əməliyyat mərkəzi üçün müntəzəm əməliyyatlar zamanı istifadə olunan proses və prosedurların məlumat bazası və texniki sənədlərinin saxlanılması.
- Xüsusilə, “PAŞA Technology” MMC-nin arxitekturası və platformaları ilə əlaqədar şəbəkə və sistemin idarə olunması üzrə bilik və bacarıqların formalaşdırılması.
- Kolokasiya, müştəri üçün ehtiyat surətlərin yaradılması şəbəkəsi və internet xidməti provayderi xidmətləri üçün 1-ci səviyyəli yardımın göstərilməsi.
- Tələb olunduqda 24/7 işə çağırılmağa hazır olmaq.
- Təhlükəsizlik hadisələri zamanı hücumun səviyyəsini və biznesə təsirlərini müəyyən edən, bədbəxt hadisələrin qarşısının alınmasının ən yaxşı yolları, o cümlədən bu cür hadisələrin yenidən baş verməsinin qarşısını almaq üçün sistemlərin gücləndirilməsi və yumşaltma tədbirləri ilə bağlı tövsiyələr verən texniki nasazlıqların məruzə edildiyi şəxs kimi çıxış etməyə hazır olmaq.
- Müştəri məmnuniyyətinin və texniki dəstək xidmətlərinin ümumi uğuru üçün məsuliyyət daşımaq.
- Müxtəlif müştərilərlə nəzakətli, müsbət və peşəkar şəkildə davranmaq.
- Güclü tənqidi düşüncə və problem həlletmə bacarıqları
- Güclü təşkilatçılıq bacarıqları sayəsində detallara fikir vermək
- Güclü yazılı və şifahi ünsiyyət bacarıqları sayəsində müştəriyönümlü xidmət.
- Rotasiya əsasında iş saatlarında əlavə və həftə sonları işə gəlmək tələb olunacaqdır.
- Müştərilərin istismar və sahə işlərini həyata keçirmək üçün bəzi hallarda iş saatlarından əlavə işləmək tələb oluna bilər.
Bu vəzifə üçün tələb olunan ixtisas, təcrübə və bacarıqlar
Təhsil:
- Texniki sahə üzrə universitet dərəcəsi.
- Mühəndislik və ya elm kimi texniki sahələr üzrə dərəcəyə üstünlük verilir
- Texnologiya sahəsində fəaliyyət göstərən şirkətlər tərəfindən verilmiş əlavə sertifikatların olması üstünlükdür
Təcrübə:
- Texniki dəstək və ya bənzər rol üzrə minimum 12-18 aylıq təcrübə
- İnsanlarla təbii və effektiv şəkildə ünsiyyət qurmaq.
- Güclü şəbəkə diaqnostikası bacarıqları.
- “Linux” əməliyyat sisteminin əmr sətri interfeysi üzrə əsas bacarıqlar.
- “Windows” əməliyyat sistemi üzrə əsas bacarıqlar.
- Gərgin fəaliyyət göstərən komandada effektiv çalışmaq, tez öyrənmək və bir çox problemi həll etməyi bacarmaq.
- Güclü analitik bacarıqlar, müxtəlif mənbələrin məlumatlarını müqayisə etmək və şərh etmək qabiliyyəti.
- Nasazlıqları qiymətləndirmək
- “Microsoft Office” proqramlarından istifadə bacarıqları
- Data Mərkəzləri mühiti və “Tier” standartları üzrə bilik
- Bulud modelləri və bulud təhlükəsizliyi üzrə bilik
Dil bilikləri:
- İngilis dili – Yaxşı
- Azərbaycan dili – Ana dili
- Rus dili – Yaxşı
- Fərdi bacarıqları Davranışlar:
- Biliyini artırmaq və özünü inkişaf etdirmək arzusu
- Gündəlik əməliyyatlarda dürüst olmaq: hər zaman düzgün addımları düzgün yollarla atmaq
- Əməliyyatların keyfiyyətini təmin etmək
- Qurum daxilində, həmkarlar, təchizatçılar və tərəfdaşlarla sıx əməkdaşlıq prinsiplərinə əməl etmək
E-mail: talents@pasha-technology.com
Oxşar vakansiya siyahısı:
Yelo Bank ASC Senior Data Analyst vəzifəsi üzrə vakansiya elan edir. ...
Azərbaycan Hava Yolları İT İdarəsi, Şəbəkə administratoru, Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Yelo Bank ASC Data elmi üzrə baş mütəxəssis (Senior Data Scientist) vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m5kqg7gjro Təsvir Develop, implement, and monitor information security measures. Assess information security risks and propose solutions to mitigate them ...
Aztelekom MMC ERP və biznes prosesləri üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt HomeQA engineer (Keyfiyyətə nəzarət üzrə mühəndis) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt HomeQA engineer (Keyfiyyətə nəzarət üzrə mühəndis) vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Prosesslərin avtomatlaşdırılması və rəqəmsallaşma departamentində Scrum Master vəzifəsinə işə qəbul elan edir. ...
Xalq Bank Proqramlaşdırma İdarəsinin İnterfeyslərin tətbiqi şöbəsinin mütəxəssisi (Frontend developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Sistem analitiki ( İT biznes analitik) vəzifəsi üzrə vakansiya elan edir. ...