Qısa məzmun
Azersun Holding şirkəti Növbə ustası (Lənkəran) vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi məlumatlar:
- Ali təhsilli olması (Texniki sahələrdə);
- İstehsalat sahəsində idarəçi təcrübəsi olanlara üstünlük veriləcəkdir;
- Diqqətli və məsuliyyətli olması;
İş haqqında məlumat:
- Tabeçiliyində olan bütün sahənin təmiz, səliqli və nizamlı olmasına nəzarət etmək;
- Məsuliyyətində olan şəxsi heyyətin və avadanlıqların təhlükəsizliyindən cavabdeh olmaq;
- Növbəsinə gələrkən özündən əvvəlki növbə ustasından sistemə aid lazımi məlumatları almaq və eyni zamanda növbəsi ərzində baş verən sistemə aid nasazlıqları özündən sonrakı Növbə rəisinə bildirmək.
- İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək.
- Növbə hesabatını və lazımi qeydləri vaxtında həyata keçirərək müdriyyətə məlumat vermək.
- Müdriyyətin verdiyi bütün tapşırıqları yerinə yetirmək.
- Tabeçiliyində olan sahəyə rəhbərlik etməyi bacarmalı.
İş yeri:
- Lənkəran şəhəri
- Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır
- Növbəli iş rejimi.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini cv@azersun.com elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Növbə ustası (Lənkəran)” qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər