Qısa məzmun
Premium Transport MMC Nəqliyyat üzrə kompüter operatoru vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə : Nəqliyyat üzrə kompüter operatoru
Əmək haqqı : Müsahibə əsasında təyin ediləcək
İş yeri : Qaradağ rayonu, Ümid qəsəbəsi,
Elektron poçt ünvanı :hr@premiumtransport.az
Vəzifə öhdəlikləri :
- Ağırtonnajlı yük maşınları və ağır tikinti texnikaları olan avtoparkda təmirə dayanan texnika və nəqliyyat vasitələrinin qeydiyyatını aparmaq.
- Təmirə dayanan nəqliyyat vasitələrinin dayanma səbəbini təmir aktına qeyd etmək.
- Təmiri aparan çilingərlər haqqında məlumatı təmir aktında qeyd etmək.
- Təmir zamanı quraşdırılan ehtiyyat hissələrini təmir aktında qeyd etmək.
- Əvəzlənən ehtiyyat hissələrinin yararsız olduğunu əlavə aktda qeyd etmək.
- Təmir bitəndən sonra təmir aktını bağlamaq, təmir işini görən çilingərlərə və sürücüyə imza etdirmək.
- Ay ərzində təmirə dayanan texnika və maşınlara quraşdırılan bütün materialları və ehtiyyat hissələrini silinmə aktında qeyd edərək şöbə rəisinə təqdim etmək.
- Nəliyyat şöbəsi üzrə tələb olunan bütün sənədlərin kompyuterdə yığılmasını həyata keçirmək.
- Nəqliyyat şöbəsinin rəisi tərəfindən verilən digər tapşırıqları icra etmək.
Namizədə olan tələblər:
- Müvafiq sahədə minimal 1 -3 il iş təcrübəsi;
- Nəqliyyat vasitələrinin ehtiyat hissələrindən anlayışı olmalı
- Nəqliyyat üzrə təhsil və iş təcrübəsi arzuolunandır.
- Yaş həddi 21 – 35 aralığında
- Word və Excel proqramında mükəmməl işləmək. 1C proqramını bilmək üstünlükdür.
İş şəraiti:
- 6 günlük iş vaxtı
- Nəqliyyat ilə təmin olunma;
- Nahar ilə təmin olunma;
- Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini hr@premiumtransport.az elektron ünvanına (“Nəqliyyat üzrə kompüter operatoru” başlığı ilə) göndərməyini xahiş edirik.
Oxşar vakansiya siyahısı:
800 — 1200 ₼
GPS üzrə mütəxəssisİceland şirkəti GPS üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
600₼
Nəqliyyat operatoruGiləzi Nəqliyyat operatoru vəzifəsi üzrə vakansiya elan edirir@gilezi.com ...