Qısa məzmun
eManat Ödəmə sistemlərinə dəstək şöbəsinin meneceri vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- İşçi heyyətinin sorğularının cavablandırılması
- IT ilə bağlı daxil olan sorğuların həll yolunun axtarışı və problemin həlli
- Tabeliyində olan mütəxəssislərin iş icrasında yaranan sualların müzakirəsi və həlli
- Ödəmə və ya ödəmələrlə bağlı proqram təminatlarında aşkarlanmış xəta və səhvlərin aradan qaldırılması
- Ödəmələr zamanı baş vermiş problemlərin analizi
- Komanda idarə edilməsi, işçilərin işinə nəzarət
- Ödəmə terminallarında istifadə olunan proqram təminatına nəzarət
- Provayderlər ilə problemli ödənişlərin müzakirəsi
- Görülmüş işlərin hesabatlarının hazırlanması
- Sistemlərin işlək vəziyyətdə saxlanması və onlardan istifadəsinin təkmilləşdirilməsini təmin etmək
- ÖS-də baş verən problemlərin səbəbini və qarşısının alınması yollarının araşdırılması
- ÖS-nin monitoringinə uyğun olaraq problemlərin həllinə nail olmaq
- İnformasiya təhlükəsizliyi insidentlərinin aşkar olunması, təhlili və onların təhqiqatının aparılması və tələblərin irəli sürülməsi və icrasında həll yollarının tərtibi
Texniki tələblər:
- Əməliyyat Sistemləri (Windows, Linux) idarəetmə bilikləri
- Proqramlaşdırma və Verilənlər Bazası biliyinə üstünlük verilir
Bacarıqlar:
- Ali təhsil
- Analitik düşünmə, riyazi-məntiq biliyi
- Əməliyyat Sistemləri (Windows, Linux) idarəetmə bilikləri
- Proqramlaşdırma və Verilənlər Bazası biliyinə üstünlük verilir
- Layihələndirmə bacarığı olana üstünlük verilir
- Ödəmə Sistemlərində təcrübəsinə üstünlük verilir
- Komanda ilə işləmək qabiliyyəti
- İT təcrübəsi 2 il
- İTİL4 üzrə ilkin biliklər. (üstünlük verilir)
İş şəraiti:
- Ofis daxili;
- İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
- Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
- Əmək haqqının 15 gündən bir ödənilməsi;
- Tibbi sığorta təminatının verilməsi;
- Nahar yeməyinin verilməsi;
- “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi
Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Ödəmə sistemlərinə dəstək şöbəsinin meneceri” yazılmalıdır.
Mənbə: jobsearch.az