Qısa məzmun
Caspian Services Group LLC Ofis administratoru vəzifəsi üzrə vakansiya elan edir. Kargüzarlıq və ofis daxili işlər görməlidir.
- Cins: Qadın
- İş rejimi: Tam
- İş yeri: Bakı şəhəri, Heydər Əliyev prospekti 103 (Şəhərin mərkəzində ofis)
İş şərtləri:
- Stabil iş
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müzakirə olunacaq
- İş saatı 1-5-ci günlər 09:00-dan 17:00-a kimi, 6-ci gün 09:00-dan 15:00-a kimi.
- İstirahət: Bazar günü
- İcbari sığorta
- Komfort iş şəraiti
- Perspektivli iş
- Mehriban kollektiv
Tələblər:
- Ali təhsil;
- Dil bilikləri: Azərbaycan/İngilis/Rus
- Kompyuter bilikləri: MC Office
- Kargüzarlıq işlərini bilmək
- E-poçtla işləmək
- İşgüzar yazışmalar
- Danışıqların təşkili
- Ofis avadanlıqlarından sərbəst şəkildə istifadə etmək bacarığı (Printer, skaner, fax və s.)
- Kommunikasiya bacarıqları
- Əmək intizamının yüksək olması
- Təhlükəsizlik qaydalarına əməl edilməsi
Vəzifə öhdəlikləri:
- Rəhbərlik/Menecer tərəfindən verilən tapşırığı tam və vaxtında yerinə yetiriməlidir;
- Ziyarətçilərin qarşılanması, onlara köməklik göstərilməsi və aidiyyəti üzrə yönləndirilməsi.
- Telefon zənglərinin müvafiq qaydada qəbul edilməsi, yönləndirilməsi, tələb olunduqda qeydlərin aparılması və aidiyyəti şəxslərə çatdırılması.
- Karğüzarlıq işlərinin təşkil edilməsi.
- Printer, skaner, fax və digər ofis avadanlıqlarını sərbəst şəkildə istifadə etmək bacarığı və onlara mütəmadi nəzarət edilməsi.
- Faksların göndərilməsi.
- Digər şöbələr üçün müvafiq sənədlərin surətinin çıxarılması.
- İşçilərin kompyuter xidmətləri ilə təmin olunmasının təşkil edilməsi.
- Nəqliyyat vasitələri üçün etibarnamələrin hazırlanması.
- Korporativ nömrələrin koordinasiyası.
- Aylıq dəftərxana və təsərrüfat mallarının sifarişi.
- Kommunal xidməti işlərinin (elektrik, qaz, su, kanalizasiyavə s.) idarə edilməsi.
- Görüşlərin təşkil edilməsi.
- Bilet və otel sifarişləri.
- Viza üçün sənədlərin hazırlanması.
- Ofisdaxili təmizlik və səliqəyə nəzarət.
- Görülən işlər barədə hesabatlar təqdim etmək;
- Vəzifəsinin icrası ilə əlaqədar digər öhdəlikləri yerinə yetirməlidir.
- Əməyin mühafizəsi və yanğından mühafizə normaları, texniki təhlükəsizlik, əmək və nizam-intizam qaydalarına riayət etməlidir.
Qeyd:
- Göstərilən tələblərə cavab verən və şərtləri qəbul edən namizədlər öz CV-lərini (Namizədin fotosunun olması mütləqdir) elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını məktubun başlıq hissəsində (Ofis administratoru) göstərməyiniz vacibdir. Əks təqdirdə belə müraciətlilərə baxılmayacaqdır.
- İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur; CV-yə yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər.
- Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.
Oxşar vakansiya siyahısı:
800 — 1000 ₼
Loyallıq üzrə mütəxəssisAzəriMed QSC Loyallıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
İşə qəbul üzrə baş mütəxəssis
Mətanət A İşə qəbul üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
500₼
Təlim və motivasiya üzrə əməliyyatçıAzəriMed QSC Təlim və motivasiya üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
İR üzrə Direktor
Super Toys İR üzrə Direktor vəzifəsi üzrə vakansiya elan edir. ...
500₼
Операционист, в отделе Мотивации и Обученияhttps://qlor.me/m6z3057ndc Təsvir Обязанности: • Подготовка соответствующих баз данных по обучению; • Выпо ...
İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...