Qısa məzmun
AZCD Group QSC Ofis Administratoru vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Ofisə yaxınlaşan qonaqları qarşılamaq, yönləndirmək, onları qəbul edəcək şəxsləri məlumatlandırmaq;
- Daxil olan zəngləri qəbul etmək və onları təyinatı üzrə istiqamətləndirmək;
- E-mail və yazışmaları həyata keçirmək, ümumi mailə gələn məktubları cavablandırmaq;
- Sənədlərin qəbulu, qeydiyyatı, aidiyyatı üzrə yönləndirmək, poçt və ya kuryer vasitəsi ilə ünvana çatdırılmasını təmin etmək (çap və skan edilməsi və s. bu kimi işlərin görülməsi);
- Sənədlərin tamlığına, sənəd dövriyyəsinə nəzarət, düzgün təsnifləşdirilməsi, çeşidlənməsi, qeydə alınması və düzgün arxivləşdirilməsini təmin etmək;
- Ofis üçün tələb olunan ləvazimatların təmin edilməsi üçün sifariş blankalarının hazırlanaraq müvafiq şöbəyə yönləndirmək;
- Ofis üçün alınan təsərrüfat və ərzaq mallarının sifarişinə və düzgün alınmasına nəzarət etmək;
- Ofis daxili inzibati işlərin görülməsini təşkil etmək və ofisin təmizliyinə nəzarət etmək;
- İşlərin prosedur və təlimatlara uyğun şəkildə təşkil edərək icra etmək;
- Vəzifə təlimatına uyğun rəhbərlik tərəfindən verilən tapşırıqların icrası.
Namizədə olan tələblər:
- Ali Təhsil;
- Əlaqədar sahə üzrə 1-3 il iş təcrübəsi;
- Microsoft Office və digər proqramlar;
- Vaxtı idarə etmə qabiliyyəti;
- Aydın və peşəkar dildə işçi heyəti ilə ünsiyyət qurmaq;
- Mükəmməl ünsiyyət bacarıqları, şəxslərarası əlaqə qurma və müştərilərə xidmət; göstərmə qabiliyyəti;
- Azərbaycan dilində yüksək effektiv şifahi və yazılı ünsiyyət qurma, o cümlədən fəal dinləmə;
- Rus və İngilis dilində ünsiyyət qura bilmək;
- Telefon,elektron poçt və yazılı formada tapşırıqların icrası ilə bağlı verilmiş tələbləri cavablandırmaq;
- İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Əmək haqqı: 600-700 AZN
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Ofis Administratoru” qeyd edərək elektron ünvanına Resume göndərməniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
İnsan resursları üzrə təcrübəçi (HR intern)
PRO CON İZO MMC İnsan resursları üzrə təcrübəçi (HR intern) vəzifəsi üzrə vakansiya elan edir. ...
İnsan resursları üzrə kiçik mütəxəssis
GM Construction İnsan resursları üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
İR üzrə Direktor
SuperToys MMC “İR üzrə Direktor” vakansiyası elan edir ...