Ofis menecer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Premiumsteel MMC Ofis meneceri vəzifəsi üzrə vakansiya elan edir.

Namizəd aşağıdakı əmək funksiyalarını yerinə yetirəcək:

  • Qonaqları qarşılamaq, telefon zənglərinə cavab vermək
  • Rəhbərliyin tapşırıqlarını operativ və məsuliyyətli şəkildə icra etmək
  • E-mail və yazışmaların həyata keçirilməsi,
  • Tender sənədlərinin və kommersiya təkliflərinin hazırlanması
  • Bütün elektron sənədlərin düzgün şəkildə alınmasını və yerləşdirilməsini təmin etmək;
  • Sənədlərin tamlığına, sənəd dövriyyəsinə nəzarət, düzgün təsnifləşdirilməsi, çeşidlənməsi, qeydə alınması və düzgün arxivləşdirilməsini təmin etmək;
  • Ofis üçün ləvazimatlr lazım olan təqdirdə şirkətlərlə əlaqə saxlamalı və bütün dəftərxana ləvazimatları və zəruri avadanlıqlarla təmin etməli
  • Ofisə daxil olan qonaqları mehribanlıqla qarşılamalı
  • Rəhbərliyin işi üçün lazım olan sənədləri və materialları hazırlamalı
  • Şirkətlə bağlı daxil olan informasiyanın qeydə alınması və vaxtında təyinatı üzrə həmin informasiyanın çatdırılması;
  • Rəhbərliyin Mühasibatlığın və İR tapşırıqlarını icra etmək;
  • Partnyorlarla müqavilələrin imzalanmasına inzibati dəstək;
  • Ofisdaxili inzibati işlər
  • Əməkdaşların korporativ nömrələrlə təmin edilməsi və mobil operatorlarla əməkdaşlığın operativliyini təmin etmək üçün bütün əməliyyatların həyata keçirilməsi-
  • Müxtəlif sənədlərin sürətini çıxarılması və çap olunması-
  • Ofisin təmizliyinə nəzarət

Namizədə tələblər:

  • Ali təhsil (İqtisadi və Hüquq sahəsinə üstünlük verilir)
  • Əla səviyyədə Azərbaycan dili səlist və rus dili əla (İngilis dili üstünlükdür)
  • Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı
  • Çevik qərar vermə, detallara qarşı diqqətlilik, təşkilatçılıq
  • MS Office (MS Excel, MS Word, MS Outlook) proqramlarından sərbəst istifadə qabiliyyəti
  • İş təcrübəsi 1-3 il
  • Punktuallıq;
  • Səliqəli xarici görünüş, nəzakətli danışıq , intizamlı və işinə qarşı məsuliyyətli olmalı;
  • Təşkilati bacarıqları, ünsiyyətcil və danışıq aparmaq bacarığı;
  • Vəzifələrin icrası üçün çalışqan olmaq;
  • Yaş : 23-30;
  •  Xanım namizəd tələb olunur

Şərtlər:

  • AR Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;
  • Şirkət tərifindən korporativ nömrə, nahar
  • Həftə ərzində 5 günlük iş qrafiki.
  • İş qrafiki: 09:00-18:00
  • Karyera yüksəlişi imkanı mövcuddur.
  • Əmək haqqı 500-600 AZN
  • Ünvan Heydər Əliyev Prospekti 187A Caspian Sport Plaza. 5 saylı Asan xidmətin yanı

Maraqlı namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Ofis meneceri” sözlərini qeyd edərək sales@premiumsteel.az e-ünvanına göndərsinlər.

Oxşar vakansiya siyahısı:

800 — 1000 ₼
İnsan resursları üzrə mütəxəssis

Super Toys İnsan resursları üzrə mütəxəssis üzrə vakansiya elan edir. ...

Super Toys

06.09.2024 - Bakı

İşə qəbul üzrə mütəxəssis

INNAB MMC İşə qəbul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

İNNAB MMC

12.08.2024 - Bakı