Qısa məzmun
Performance Center Co MMC Ofis menecer (kargüzar) vəzifəsi üzrə vakansiya elan edir. Rus dili bilgisi üstünlükdür.
Vəzifə öhdəlikləri
- Ofis daxili işlərə ümumi nəzarət edilməsi və kargüzarlıq işinin aparılması;
- Şirkətin struktur quruluşunun, işgüzar profilinin, fəaliyyət istiqamətlərinin, daxili nizam – intizam qaydalarının təşkilinin yüksək səviyyədə təmin edilməsi;
- Gələn zəngləri qəbul etmək və onları təyinatı üzrə istiqamətləndirmək, ümumi mailə gələn e-maillərin cavablandırılması;
- Məktubların yazılması, qeydiyyatı və göndərilməsinin təmin edilməsi;
- Şirkətlə bağlı daxil olan informasiyanın qeydə alınması və vaxtında təyinatı üzrə həmin informasiyanın çatdırılması;
- Sənədlərin tamlığına, sənəd dövriyyəsinə nəzarət, düzgün təsnifləşdirilməsi, çeşidlənməsi, qeydə alınması və düzgün arxivləşdirilməsini təmin etmək;
- Ofis ləvazimatlarının sifarişi edilməsi və ofis daxili və ofis ətrafı ərazilərinin təmizliyi üzrə işlərə nəzarət.
Namizədə bağlı tələblər
- Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;
- Məsuliyyətli, dəqiq və komandada işləmə bacarığı;
- MS Office (MS Excel, MS Word, MS Outlook) proqramlarından sərbəst istifadə qabiliyyəti;
- Kargüzarlığın aparılmasına dair normativ aktlar üzrə yüksək səviyyədə biliyə malik olmalı;
- Dil bilikləri: Azərbaycan və Rus dilləri əla səviyyədə, İngilis dili yaxşı səviyyədə;
- Xanım namizədlərə üstünlük verilir.
İş Şəraiti:
- İş vaxtı: həftədə 6 gün, 09:00-dan 18:00-dək;
- Əmək haqqı: 500-600 AZN.
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz şəkilli CV-lərini məktubun mövzu hissəsində “Ofis menecer (kargüzar)” qeyd etməklə cv@performance-center.az elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
AzəriMed QSC Loyallıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A İşə qəbul üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Təlim və motivasiya üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys İR üzrə Direktor vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m6z3057ndc Təsvir Обязанности: • Подготовка соответствующих баз данных по обучению; • Выпо ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...