Ofis meneceri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Debet Safety MMC Ofis meneceri vəzifəsi üzrə vakansiya elan edir.

Salam.Ofis meneceri  vəzifəsini vakansiya kimi yerləşdirmək istəyirik. Aşağıdakı qeyd olunan tələblər:

” Debet Safety ” MMC Fərdi Mühafizə Vasitələri və İşçi geyimləri istehsalı və təchizatı ilə məşğuldur.

İşin təsviri:

  • Ofisə yaxınlaşan qonaqları qarşılamaq, yönləndirmək, onları qəbul edəcək şəxsləri məlumatlandırmaq
  • Daxil olan zəngləri qəbul etmək və onları təyinatı üzrə istiqamətləndirmək
  • E-mail və yazışmaları həyata keçirmək, ümumi mailə gələn məktubları cavablandırmaq
  • Sənədlərin qəbulu, qeydiyyatı, aidiyyatı üzrə yönləndirmək, poçt və ya kuryer vasitəsi ilə ünvana çatdırılmasını təmin etmək (çap və skan edilməsi və s. bu kimi işlərin görülməsi)
  • Sənədlərin tamlığına, sənəd dövriyyəsinə nəzarət, düzgün təsnifləşdirilməsi, çeşidlənməsi, qeydə alınması və düzgün arxivləşdirilməsini təmin etmək
  • Ofis üçün tələb olunan ləvazimatların təmin edilməsi üçün sifariş blankalarının hazırlanaraq müvafiq şöbəyə yönləndirmək
  • Ofis üçün alınan təsərrüfat və ərzaq mallarının sifarişinə  və düzgün alınmasına nəzarət etmək
  • Ofis daxili inzibati işlərin görülməsini təşkil etmək və ofisin təmizliyinə nəzarət etmək
  • İşlərin prosedur və təlimatlara uyğun şəkildə təşkil edərək icra etmək
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların icrası;

Tələblər:

  • Ali təhsil üstünlükdür.
  • Yaş həddi: 22-35 yaş
  • Müvafiq sahədə iş təcrübəsi;
  • Kollektivdə işləmək bacarığı;
  • Dil bilikləri: Azərbaycan dili və rus dili (ingilis dili arzuolunandır);
  • Kompüter bilikləri: Ofis proqramları – Word, Excel, Outlook;
  • Ofis avadanlıqları ilə işləmək bacarığı;
  • Səliqəli , xarici görünüş, nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq.

İş şəraiti :

  • AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
  • Ə/h: 400-500   AZN
  • 5 günlük iş həftəsi ( 09:00 – 18:00).

Vakansiyaya müraciət üçün CV-nizi ” Ofis meneceri  ”  mövzusu ilə   hr@debet.az  email ünvanına göndərməyiniz xahiş olunur.

 

Oxşar vakansiya siyahısı:

Əməyin mühafizəsi üzrə mütəxəssis

Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Dəmir Yolları QSC

18.11.2024 -

Direktor assistenti

Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

14.11.2024 - Bakı

İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti

Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...

Xalq Bank

01.11.2024 - Bakı