Qısa məzmun
AMOTRADE MMC Ofis meneceri vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri (qısa təsvir):
- Gələn zəngləri qəbul etmək və onları təyinatı üzrə istiqamətləndirmək,şirkətin yenilənmiş telefon siyahısını saxlamaq;
- Rəhbərliyin tapşırıqlarını operativ və məsuliyyətli şəkildə icra etmək;
- E-mail və yazışmaların həyata keçirilməsi, ümumi mailə gələn e-maillərin cavablandırılması;
- Bütün elektron sənədlərin düzgün şəkildə alınmasını və yerləşdirilməsini təmin etmək;
- Ofisə gələn qonaqları qarşılanması, yönləndirilməsi, onları qəbul edəcək şəxsləri məlumatlandırmaq və bütün qonaqlara onların təyinatı ilə bağlı hər hansı gecikmə və ya problem barəsində bildirmək;
- Bütün qonaqlara xüsusi diqqətlə yanaşmaq və onlara yüksək keyfiyyətli xidmət, diqqət və yardımının göstərilməsini təşkil etmək;
- Sənədlərin tamlığına, sənəd dövriyyəsinə nəzarət, düzgün təsnifləşdirilməsi, çeşidlənməsi, qeydə alınması və düzgün arxivləşdirilməsini təmin etmək;
- Sənədlərin qəbulu, qeydiyyatı, aidiyyatı üzrə yönləndirilməsi, poçt və ya kuryerlə göndərilməsi;
- İşlərin prosedur və təlimatlara uyğun təşkil edərək icra etmək;
- Daxil və xaric olan informasiyanın konfedensiallığının qorunması;
- Ofis üçün tələb olunan ləvazimatların təmin edilməsi üçün müvafiq şirkətlərlə əlaqə saxlamalı və bütün dəftərxana ləvazimatları və zəruri avadanlıqlarla təmin etməli;
- Şirkətlə bağlı daxil olan informasiyanın qeydə alınması və vaxtında təyinatı üzrə həmin informasiyanın çatdırılması;
- Ofisdaxili inzibati işlər və ofisin təmizliyinə nəzarət;
- Bütün elektron sənədlərin düzgün və asanlıqla alınmasını təmin etmək, gündəlik tələb olunan sənədlərin çap və ya skan olması
Namizədə olan tələblər:
- Ali təhsil
- Azərbaycan dilində mükəmməl yazı və ünsiyyət bacarığı, (Rus və ingilis dili biliyi üstünlükdür).
- Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı
- Çevik qərar vermə, detallara qarşı diqqətlilik, təşkilatçılıq
- MS Office (MS Excel, MS Word, MS Outlook) proqramlarından sərbəst istifadə qabiliyyəti
- İş təcrübəsi 1-3 il
- Punktuallıq;
- Səliqəli xarici görünüş, nəzakətli danışıq , intizamlı və işinə qarşı məsuliyyətli olmalı;
- Təşkilati bacarıqları, ünsiyyətcil və danışıq aparmaq bacarığı;
- Xanım namizəd tələb olunur
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq
- İş qrafiki : 6 günlük
- İş vaxtı: 9:00 – 18:00
- İstirahət günü: Bazar günü
Müraciət etmək istəyən namizədlər CV-lərini info@e-miras.az e-mail ünvanına mövzu hissəsinə “Ofis meneceri” qeyd edərək göndərə bilərsiniz.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
İnsan resursları üzrə təcrübəçi (HR intern)
PRO CON İZO MMC İnsan resursları üzrə təcrübəçi (HR intern) vəzifəsi üzrə vakansiya elan edir. ...
İnsan resursları üzrə kiçik mütəxəssis
GM Construction İnsan resursları üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
İR üzrə Direktor
SuperToys MMC “İR üzrə Direktor” vakansiyası elan edir ...