Qısa məzmun
“Caucasus Consulting Group of Companies” Ofis meneceri vakansiyası elan edir.
Əsas vəzifə və öhdəliklər:
- Gündəlik sənədləşmə və ofis daxili işlərin yerinə yetirilməsi;
- Kargüzarlıq işlərinin aparılması;
- Ofisə gələn qonaqların qarşılanması;
- Daxil olan telefon zənglərinin cavablandırılıması və aidiyyatı üzrə yönləndirilməsi;
- Şirkətin elektron ünvanına daxil olan məktubların cavablandırılması və yönləndirilməsi;
- Rəhbərliyin tapşırıqlarının vaxtında yerinə yetirilməsi və dövri hesabatların verilməsi
Tələb olunan bilik və bacarıqlar:
- Yaş tələbi: 18-35 yaş aralığı;
- Müvafiq sahə üzrə minimum 1 illik iş təcrübəsi;
- Ofis avandlıqları ilə işləmə bacarığı;
- Dil bilikləri: Azərbaycan dili, ingilis dili (rus dili arzuolunandır);
- MS Office proqramlarında müstəqil şəkildə işləmə bacarığı;
- İşgüzar münasibətlərin qurulması və danışıqların aparılması bacarığı;
- Araşdırma, analitik yanaşma və təhlil bacarığı;
- Məsuliyyətli olmaq, dəqiqlik, punktuallıq
- Vaxtın səmərəli idarəsi və müəyyən edilən son tarixlərə riayət edilməsi;
İş şərtləri:
- Sənədləşmə, Əmək məzuniyyəti və s. prosedurlar Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir.
- İş qrafiki: həftəiçi 5 gün, saat 09:30-dan 18:30-dək, şənbə 10:00-dan 14:00-dək. Əmək haqqı müsahibə əsasında müəyyən olunacaq.
- Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu hissəsində “Ofis meneceri” qeyd etməklə office@caucasusconsulting.org elektron ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
- Müraciət üçün son tarix: 10 fevral, 2022
- “Caucasus Consulting Group of Companies” haqqında ətraflı məlumat üçün www.caucasusconsulting.org saytına daxil olun.
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...