Qısa məzmun
Ə/h 600-700 AZN. Azmerika LLC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə tələblər:
- Yüksək səviyyədə nitq qabiliyyəti, özünütəqdimat bacarığı;
- Səlis, aydın danışıq tərzi;
- Satış bacarığı, təqdimat qabiliyyəti;
- Dil bilikləri: Azərbaycan (əla), ingilis və rus dili arzuolunandır;
- Kompüter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi;
- Yalnız xanım namizədlər müraciət etsinlər;
İş barədə məlumat:
- Şirkətə daxil olan zənglərin cavablandırılması və yönləndirilməsi;
- Məktubların, daxili yazılan sənədlərin qeydiyyatı, şirkətə daxil olan və şirkətdən göndərilən sənədlərin qeydiyyatı;
- Ofis ləvazimatlarının sifariş edilməsi və siyahı ilə yoxlanılıb, təhvil götürülməsi;
- Ofisə gələn qonaqların və müştərilərin nəzakətli qarşılanması, müvafiq işçi heyətinin oturduğu yer və ya iclas otaqlarına ötürülməsi və yönləndirilməsi, yola salınması;
- Rəhbərliyin verdiyi tapşırıqların vaxtında yerinə yetirilməsi;
- İclas və görüşlərin təşkili;
- Kargüzarlıq işlərinin (sənədləşmənin) aparılması;
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilmə;
İş qrafiki – həftənin 6 günü 09:00 – 18:00
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərin mövzu yerində “Ofis meneceri” qeyd edərək öz CV-lərini elektron ünvanına göndərməyi xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...