Qısa məzmun
Amoris MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Gələn zəngləri qəbul etmək və onları təyinatı üzrə istiqamətləndirmək,şirkətin yenilənmiş telefon siyahısını saxlamaq;
- Rəhbərliyin tapşırıqlarını operativ və məsuliyyətli şəkildə icra etmək;
- E-mail və yazışmaların həyata keçirilməsi, ümumi mailə gələn e-maillərin cavablandırılması;
- Bütün elektron sənədlərin düzgün şəkildə alınmasını və yerləşdirilməsini təmin etmək;
- Ofisə gələn qonaqları qarşılanması, yönləndirilməsi, onları qəbul edəcək şəxsləri məlumatlandırmaq və bütün qonaqlara onların təyinatı ilə bağlı hər hansı gecikmə və ya problem barəsində bildirmək;
- Bütün qonaqlara xüsusi diqqətlə yanaşmaq və onlara yüksək keyfiyyətli xidmət, diqqət və yardımının göstərilməsini təşkil etmək;
- Sənədlərin tamlığına, sənəd dövriyyəsinə nəzarət, düzgün təsnifləşdirilməsi, çeşidlənməsi, qeydə alınması və düzgün arxivləşdirilməsini təmin etmək;
- Sənədlərin qəbulu, qeydiyyatı, aidiyyatı üzrə yönləndirilməsi, poçt və ya kuryerlə göndərilməsi;
- İşlərin prosedur və təlimatlara uyğun təşkil edərək icra etmək;
- Daxil və xaric olan informasiyanın konfedensiallığının qorunması;
- Ofis üçün tələb olunan ləvazimatların təmin edilməsi üçün müvafiq şirkətlərlə əlaqə saxlamalı və bütün dəftərxana ləvazimatları və zəruri avadanlıqlarla təmin etməli;
- Şirkətlə bağlı daxil olan informasiyanın qeydə alınması və vaxtında təyinatı üzrə həmin informasiyanın çatdırılması;
- Ofisdaxili inzibati işlər və ofisin təmizliyinə nəzarət;
- Bütün elektron sənədlərin düzgün və asanlıqla alınmasını təmin etmək, gündəlik tələb olunan sənədlərin çap və ya skan olması
Tələblər:
- Ali təhsil
- Xanım namizəd tələb olunur
- Azərbaycan , rus və ingilis dilləri yüksək səviyyədə olmalı
- Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı
- MS Office (MS Excel, MS Word, MS Outlook) proqramlarından sərbəst istifadə qabiliyyəti
- İş təcrübəsi 1-3 il
- Səliqəli xarici görünüş, nəzakətli danışıq , intizamlı və işinə qarşı məsuliyyətli olmalı;
- Təşkilati bacarıqları, ünsiyyətcil və danışıq aparmaq bacarığı;
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq
- İş qrafiki : 5 günlük
- İş vaxtı: 9:00 – 18:00
Maraqlnan namizədlər CV-lərini e-mail ünvanına mövzu hissəsinə “Ofis meneceri” qeyd edərək göndərə bilərsiniz.
mənbə: Jobsearch.az
Oxşar vakansiya siyahısı:
AzəriMed QSC Loyallıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A İşə qəbul üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Təlim və motivasiya üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys İR üzrə Direktor vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m6z3057ndc Təsvir Обязанности: • Подготовка соответствующих баз данных по обучению; • Выпо ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...