Qısa məzmun
Debet Safety MMC Ofis meneceri vəzifəsi üzrə vakansiya elan edir.
İşin təsviri:
- Ofisə yaxınlaşan qonaqları qarşılamaq, yönləndirmək, onları qəbul edəcək şəxsləri məlumatlandırmaq
- Daxil olan zəngləri qəbul etmək və onları təyinatı üzrə istiqamətləndirmək
- E-mail və yazışmaları həyata keçirmək, ümumi mailə gələn məktubları cavablandırmaq
- Sənədlərin qəbulu, qeydiyyatı, aidiyyatı üzrə yönləndirmək, poçt və ya kuryer vasitəsi ilə ünvana çatdırılmasını təmin etmək (çap və skan edilməsi və s. bu kimi işlərin görülməsi)
- Sənədlərin tamlığına, sənəd dövriyyəsinə nəzarət, düzgün təsnifləşdirilməsi, çeşidlənməsi, qeydə alınması və düzgün arxivləşdirilməsini təmin etmək (Kargüzarlıq işlərini aparmaq)
- Ofis üçün tələb olunan ləvazimatların təmin edilməsi üçün sifariş blankalarının hazırlanaraq müvafiq şöbəyə yönləndirmək
- Ofis üçün alınan təsərrüfat və ərzaq mallarının sifarişinə və düzgün alınmasına nəzarət etmək
- Ofis daxili inzibati işlərin görülməsini təşkil etmək və ofisin təmizliyinə nəzarət etmək
- İşlərin prosedur və təlimatlara uyğun şəkildə təşkil edərək icra etmək
- Rəhbərlik tərəfindən verilən tapşırıqların icrası;
Tələblər:
- Ali təhsil üstünlükdür
- Yaş həddi: 22-35 yaş
- Müvafiq sahədə iş təcrübəsi
- Sənədləşdirmə və yazışma işlərini bacarmalı
- Kollektivdə işləmək bacarığı
- Dil bilikləri: Azərbaycan dili və rus dili (ingilis dili arzuolunandır)
- Kompüter bilikləri: Ofis proqramları – Word, Excel, Outlook
- Ofis avadanlıqları ilə işləmək bacarığı
- Səliqəli , xarici görünüş, nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
- Ə/h: 400-500 AZN
- 5 günlük iş həftəsi ( 09:00 – 18:00).
Vakansiyaya müraciət üçün CV-nizi “ Ofis meneceri ” mövzusu ilə email ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...