Qısa məzmun
Novator HRC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. Komandada işləmə qabiliyyəti olmalıdır.
İş barədə məlumat:
- Gündəlik kargüzarlıq və ofis daxili işlərin yerinə yetirilməsi, yönləndirilməsi, icrasına nəzarət
- Kargüzarlıq işlərinin aparılması
- Daxil olan informasiyanın qeydə alınması və vaxtında təyinatı üzrə çatdırılması
- Rəhbərliyin verdiyi tapşırıqların vaxtında yerinə yetirilməsi
- Müqavilələrinin, müxtəlif günlük, həftəlik, aylıq hesabatların hazırlanması
- Ofisə gələn sənədləri (e-mail, poçt və s.) operativ şəkildə qəbul etmək, qeydə almaq, aidiyyəti şəxslər üzrə bölüşdürmək
- Əməkdaşları texniki avadanlıq, dəftərxana ləvazimatı və ofisi təsərrüfat malları ilə təmin etmək
- Sənədləri çap etmək,scan etmək,mail vasitəsilə göndərmək
- Gələn zənglərə cavab vermək
- Verilmiş tapşırıqları diqqətli və operativ yerinə yetirmək
- Əmək haqqı: 500 Azn
Namizədə tələblər:
- Ali təhsilli olmalıdır
- Yaş həddi:22-30 yaş
- Rus dili arzuolunandır
- Ofis proqramlarını bilməli ( Word, Excel, ) və 1 C proqramının satış sahəsindən anlayışı olmalıdı
- Ofis avadanlıqlarından istifadə etməyi bacarmalıdır
- Komandada işləmə qabiliyyəti olmalıdır
- İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi
- Operativ, məsuliyyətli və işə planlı yanaşan
- Kompüter və ofis proqramlarından istifadə etmə bacarığı
- Müqavilələrin və müxtəlif hesabatların hazırlanması təcrübəsi olan
- Xanım namizəd olmalı
- Kompüter proqramlarında sərbəst işləmə bacarığı
- Ünsiyyətcil, gülərüz
- Aktiv, məsuliyyətli,stressə davamlı, işində dəqiq qadın namizədlər müraciət edə bilər
İş qrafiki:
- Həftə içi 6 gün, bazar günü istirahət
- Ünvan: Nəsimi rayonu , Abbas Səhhət küç. 40
Tələblərə uyğun namizədlər mövzu yerində “Ofis meneceri” yazmaqla öz CV-lərini göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...