Qısa məzmun
Cronos MTK Ofis meneceri vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Dövlət qurumları və müxtəlif firmalara rəsmi məktubların yazılması, mətnlərinin hazırlanması, məktubun göndərilməsi və prosesin izlənilməsi
- Telefonlara cavab vermək
- Daxil olan və göndərilən sənədlərin aidiyyatı üzrə bölüşdürülməsi
- E-mail və yazışmaların həyata keçirilməsi, aidiyyatı şöbələrə yönləndirmək
- Rəhbərliyin verdiyi tapşırıqları yerinə yetirmək
- Məktubların, daxili yazılan sənədlərin qeydiyyatı, şirkətə daxil olan və şirkətdən göndərilən sənədlərin qeydiyyatı
- Şirkətin iş fəaliyyəti ilə bağlı portfolionun mütəmadi yenilənməsini təmin etmək, şirkətin saytında yenilənmələrin vaxtlı-vaxtında yerləşdirilməsini nəzarətdə saxlamaq, foto və məlumatların keyfiyyətinə nəzarət etmək
Tələblər:
- Cins: Qadın
- Aktiv, inisiativ işlədən, məntiqi düşüncəyə malik olmalı
- Məsuliyyətli, pozitiv, gülərüz və nəzakətli
- Azərbaycan dili səlis, rus və ingilis dili biliyi arzuolunandır.
- Verilən tapşırıqları yüksək keyfiyyətlə və gecikdirmədən yerinə yetirməli
- Kompüter bilikləri (MS Office proqramlarıda yaxşı işləmək bacarığı)
- Ofis texnikası ilə işləmək təcrübəsi
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- 6 günlük iş rejimi
- Həftə içi günlər saat 10:00-dan 18:00-dək
- Şənbə günü 10:00-dan 16:00-dək
Namizədlər CV-lərini “Ofis meneceri” başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...