Qısa məzmun
Ə/h 300-500 AZN. NR Academy Ofis meneceri vəzifəsi üzrə vakansiya elan edir. MS Office proqramlarında rahat işləyə bilməlidir.
İş barədə məlumat:
- Daxil olan zənglərin cavablandırılması
- Gələn müştərilərin qarşılanması, qeydiyyatı və dolğun məlumatlandırılması
- Tələbələrin qeydiyyatının aparılması və dərs qrafiklərinin təyin olunması
- Dərslərin dərs cədvəlinə uyğun tədrisinin təşkil edilməsi
- Ofisdə səliqəyə, nizam-intizama nəzarət edilməsi, işlə bağlı məlumatların və ehtiyyacların rəhbərliyə bildirilməsi
- Sosial şəbəkələrdən və emaillərdən gələn sualların vaxtında və düzgün cavablandırılması
İş şəraiti:
- İş yeri : NR Academy Elmlər filialı
- İş vaxtı: 9:30-dan 18:30-dək (6 günlük iş qrafiki)
- İşə qəbul prosesi AR Əmək Məcəlləsinə uyğun olaraq aparılır
- Əmək haqqı: 300 AZN stabil + faiz
Namizədə tələblər:
- Təhsil: ali və ya natamam ali
- Yaş : 20-29
- İş təcrübəsi: bu sahədə ən azı 1 il
- Dil bilgisi: Azərbaycan dili səlis (Rus və İngilis dili arzuolunandır)
- Kompüter bilgisi: MS Office proqramlarında rahat işləyə bilməli
- İnternet resurslarından istifadə bacarığı olmalı
- Komandada işləməyi bacarmalı və ünsiyyətcil olmalı
- İş rejiminə ciddi yanaşmalı, səliqəli xarici görünüş, nəzakətli danışıq, intizamlı, işinə qarşı məsuliyyətli və inkişafa meyilli olmalı
- Qərarvericilik və təşəbbüskarlıq qabiliyyəti olmalı
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini office@nracademy.az elektron ünvanına göndərə bilərlər.
CV-nizə baxılması üçün email-in mövzu hissəsində “Ofis menecer” yazmağınız xahiş olunur.
Oxşar vakansiya siyahısı:
AzəriMed QSC Loyallıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A İşə qəbul üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Təlim və motivasiya üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys İR üzrə Direktor vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m6z3057ndc Təsvir Обязанности: • Подготовка соответствующих баз данных по обучению; • Выпо ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...