Qısa məzmun
BERC Group Ofis meneceri vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Daxil olan zənglərə cavab verilməsi və təşkilati prosedurlara uyğun olaraq müraciət edənlərin sualarının cavablandırılması
- Gündəlik kargüzarlıq və ofis daxili işlərin yerinə yetirilməsi, yönləndirilməsi, icrasına nəzarət
- Xidmətlər haqqında müştərilərə dəqiq və dolğun məlumatların verilməsi və aidiyyatı şöbələrə yönləndirilməsi
- Müəssisənin siyasət və prosedurları barədə məlumat, xidmətlər və yeniliklər barədə daimi məlumatlı olmaq
- Təlimlərə müraciət edən şəxslərin qeydiyyatını aparmaq və müqavilələrin bağlanmasını təmin etmək
- Tapşırıqların yerinə yetirilməsi və gündəlik hesabatların verilməsi
- İclasların planlaşdırılması, təşkili və koordinasiyası
- Daxili standartların tətbiqinə nəzarət edilməsi
- Şirkətin mebel inventarı ilə təmin edilməsi, onların qorunması və vaxtında təmir olunmasına nəzarət edilməsi
- Təmizlik işlərinin və otaqların səliqəli saxlanmasının təşkil edilməsi
Vəzifəyə dair bilik və bacarıqlar:
- Azərbaycan dilində səlis və başa düşülən danışıq üslubuna sahib olması (rus və ingilis dilləri üzrə bilikləri olması üstünlükdür )
- Telekommunikasiya və ofis avadanlığından düzgün istifadə qaydaları
- Yüksək səviyyədə nitq qabiliyyəti və təqdimat bacarığı
- Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq
- Səmimi, gülərüz, ünsüyyətcil olmalıdır.
- Problemləri həll etmək bacarığı
- Dinləmə və informasiyanı şərh etmək bacarığı
- Vaxtın idarə edilməsi bacarığı;
- Ofis proqramlarını bilməlidir.
Əmək haqqı müsahibə əsasında təyin olunacaqdır.
BERC şirkətlər qrupu sizə nə vəd edir?
- Rəqabət qabiliyyətli əmək haqqı
- Korporativ nömrə və danışıq paketi
- Təlim və kurslardan endirimli yararlanmaq imkanı
Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən öz CV -lərini 16.03.2023-cü il tarixinədək elektron ünvanına mövzu yerinə “ofis menecer” vəzifəsi yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Qeyd: İlkin göndərilmiş CV-lər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.
Oxşar vakansiya siyahısı:
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...