Qısa məzmun
Ə/h 400 AZN. FİN Plast Ofis meneceri vəzifəsi üzrə vakansiya elan edir. Microsoft Office proqramlarında işləmək bacarığı (Word, Excel, Outlook mütləqdir)
İş barədə məlumat:
- Şirkət qonaqlarını qarşılamaq, istiqamətləndirmək
- Bəzi hallarda qonaqlara çay verilməsi
- Rəhbərliyin verdiyi digər tapşırıqların yerinə yetirilməsi
- Gələn məktubların qəbul edilməsi və yönləndirilməsi
- Şirkətə gələn zənglərin qəbul edilməsi və yönləndirilməsi
- Müqavilələrin hazırlanması, imzalanması və qeydiyyatının aparılması
- Fayl sisteminin təşkil və idarə edilməsi, elektron formatda saxlanması üçün hesab- fakturaların / sənədlərin scan edilməsi və məktubların və digər yazışmaların uçotunun aparılması
- Qəbul otağı (reception area) sahəsinə nəzarət etmək
- Ofis mallarının təchizatı, daxil olan malların qeydiyyatı və yoxlanılması
- İş yeri Sumqayıt şəhərindədir. (Y. Məmmədov küç. 114)
- Nahar və servis şirkət hesabınadır
- Maaş: 400 AZN
- İş vaxtı: Bazar ertəsi – Şənbə, 08:00-dan 18:00-dək
Namizədə tələblər:
- Yalnız xanım namizədlər
- Yaş həddi: 20-25
- Ali təhsil
- Kollektivdə işləmək bacarığı
- Rus dilini bilənlərə üstünlük veriləcək.
- Microsoft Office proqramlarında işləmək bacarığı (Word, Excel, Outlook mütləqdir)
- Yüksək səviyyədə danışıq qabiliyyəti, ünsiyyət qurma bacarığı, məsuliyyətlilik
- Katibə-referent kimi və ya menecer köməkçisi kimi iş təcrübəsi olmalı
- AR əmək məcəlləsinə uyğun sənədləşmə və müqavilələrin tərtib olunması
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Ofis Menecer ” qeyd edərək öz CV-lərini info@finplast.az elektron ünvanına göndərməyiniz xahiş olunur. Xahiş edirik təcrübəsi olmayanlar və şərtləri tam oxumayanlar müraciət etməsinlər.
Əlaqə: 050 251 14 55
Oxşar vakansiya siyahısı:
İnsan resursları üzrə təcrübəçi (HR intern)
PRO CON İZO MMC İnsan resursları üzrə təcrübəçi (HR intern) vəzifəsi üzrə vakansiya elan edir. ...
İnsan resursları üzrə kiçik mütəxəssis
GM Construction İnsan resursları üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
İR üzrə Direktor
SuperToys MMC “İR üzrə Direktor” vakansiyası elan edir ...