Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Melissa Group Ofis meneceri vəzifəsi üzrə vakansiya elan edir. Yazılı və şifahi ünsiyyət bacarığı olmalıdır.
“Melissa Group” – yaşayış komplekslərinin inşasını həyata keçirən Azərbaycanın ən proqressiv tikinti şirkətlərindən biridir. Bizimlə birlikdə çalışmaq istəyirsinizsə, sizi komandamıza dəvət edirik. Elan etdiyimiz vakansiya Ofis meneceri (receptionist) vakansiyasıdır.
İş barədə məlumat:
- Şirkətə daxil olan məktubların qəbul olunması, qeydiyyata alınması və şöbələrə təqdim olunması;
- Qonaqlarla görüşlərin təşkil olunması;
- Ofisə daxil olan müştərilərin qarşılanması və yönləndirilməsi;
- Zərurət yarandığı halda müştərilərə tikintinin vəziyyəti, mənzillər, ödəmə şərtləri barədə ilkin məlumatların verilməsi;
- Daxil olan zənglərin cavablandırılması, satış və kampaniyalar haqqında müştərilərə ətraflı məlumatların verilməsi;
- Müştərilər haqqında statistik məlumatların hazırlanması, aidiyyəti üzrə şöbəyə məlumatın verilməsi;
- Birbaşa rəhbəri tərəfindən verilən vəzifə öhdəliklərinə aid olan digər tapşırıqların həyata keçirilməsi.
Namizədə tələblər:
- Ali təhsil və müvafiq sahədə iş təcrübəsi;
- Kompüter biliyi (İnternet, MS Word, MS Excel, MS Outlook);
- Azərbaycan və rus dillərində mükəmməl danışıq qabilliyyəti və ünsiyyət bacarığı;
- Təşkilati bacarıqlar;
- Yazılı və şifahi ünsiyyət bacarığı;
- Yüksək etik davranış qabiliyyəti;
- Səbrli və məsuliyyətli olmalı.
Əlavə məlumat:
- İş qrafiki: 6 günlük iş qrafikinə uyğun olaraq müəyyən edilir.
- Əməkhaqqı: 300 AZN –dən başlayır
CV-lərinizi hr@melissagroup.az ünvanına “ofis meneceri” başlığı ilə göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...