Qısa məzmun
Badamlı şirkəti Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Ofis xidmətlərinin təmin edilməsi və nəzarətdə saxlanılması
- Görüşlərin və tədbirlərin təşkili, müvafiq təqvimlərin tutulması
- Telefon zənglərinin qəbulu və qeydiyyatının aparılması
- Müxtəlif kanallardan daxil olan bütün yazılı və şifahi müraciətlərin qeydiyyatının aparılması və nəticələrinin izlənməsi
- GPS sistemdən müvafiq hesabatların alınması və izlənməsi
- Sənəd dövriyyəsinin təşkili və reyestrinin aparılması
- Talonların hazırlanması, işçilərə təqdiminin və hesabatlılığının təmini
- Poçt, e-poçt və kuryerlə sənədlərin göndərilməsinin təmini
- Elanların və anonsların yerləşdirilməsi
- Qonaqların və namizədlərin qarşılanması, yönləndirilməsi və qeydiyyatının aparılması
- Rəhbərliyə və qonaqlara çay, su, kofe verilməsi
- Ofis üzrə aylıq dəftərxana ləvazimatları ehtiyaclarının müəyyənləşdirilməsi və tələbin müvafiq bölməyə göndərilməsi
- Ofisin inzibati işlərinə nəzarət və problemlər haqqında məlumatın vaxtında təqdim edilməsi
- İşi ilə bağlı müvafiq periodik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
- İş qrafiki: həftənin 1-6 günləri
- İş saatı: 09:00 – 18:00, 6-cı gün qısa iş günü
- Əmək haqqı: 500 AZN
Namizədə tələblər:
- Ali təhsil
- Sahə üzrə minimum 1 il iş təcrübəsi
- Mükəmməl səviyyədə Azərbaycan dili və səlis nitq qabiliyyəti
- MS Office proqramlarında yaxşı səviyyədə işləmə bacarığı
- Kargüzarlığın aparılması üzrə bilik və təcrübə
- İdarəetmə, kreativlik, komandada və operativ işləmə bacarıqları
- İcraçılıq, məhsuliyyət, detallara diqqət və öyrənmə istəyi vacibdir
- Xanım namizədlərə üstünlük veriləcək.
Tələblərə uyğun namizədlərdən CV-lərini “Ofis menecer” başlığı altında e-ünvanına göndərmələri xahiş olunur.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
AzəriMed QSC Loyallıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A İşə qəbul üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Təlim və motivasiya üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys İR üzrə Direktor vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m6z3057ndc Təsvir Обязанности: • Подготовка соответствующих баз данных по обучению; • Выпо ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...