Qısa məzmun
Ə/h 300-400 AZN. Azeriamlak şirkəti Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. Yalnız xanım namizədlər tələb olunur.
İş barədə məlumat:
- Əmlak mülkiyyətçiləri ilə, otellərlə və müştərilərlə danışıqların aparılması, əmlak bazasının formalaşdırılması
- Müştərilər tərəfindən göndərilən sorğuların cavablandırılması
- Şirkətə onlayn müraciətlərin real vaxt rejimində cavablandırılması
- Elanların müxtəlif saytlarda yerləşdirilməsi
- Rieltorlar və digər əməkdaşlar arasında iş bölgüsünün və koordinasiyanın həyata keçirilməsi
- Əcnəbi müştərilərin Azərbaycanda yerləşdirilməsi və gəzintisi, eləcə də daşınmaz əmlakın alınması ilə bağlı onlara müvafiq təkliflərin göndərilməsi
- İş qrafiki: Həftə içi: 09:00-17:00; şənbə günü: 09:00-14:00, istirahət: Bazar günü
Namizədə tələblər:
- Yalnız xanım namizədlər
- Azərbaycan (əla) və ingilis (orta) dillərini bilmək (rus, ərəb dilini bilənlərə üstünlük verilir)
- Kompüterdə işləmək bacarığı (Microsoft Office proqramları, İnternet, Photoshop və s.)
- Səlis və işgüzar ünsiyyət qurmaq bacarığı
- Telefonla danışıqlar aparmaq bacarığı
- Təqdimat həyata keçirmək bacarığı
- Mühitə tez uyğunlaşmaq və komandada işləmə qabiliyyəti
- Daim öz üzərində işləmək istəyi
Oxşar vakansiya siyahısı:
İnsan resursları üzrə təcrübəçi (HR intern)
PRO CON İZO MMC İnsan resursları üzrə təcrübəçi (HR intern) vəzifəsi üzrə vakansiya elan edir. ...
İnsan resursları üzrə kiçik mütəxəssis
GM Construction İnsan resursları üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
İR üzrə Direktor
SuperToys MMC “İR üzrə Direktor” vakansiyası elan edir ...