Ofisant
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

ABSHERON Hotel Group LLC Ofisant vəzifəsi üzrə vakansiya elan edir.

Şirkətimiz hotel, restoran sahəsində təcrübəsi olan ofisiant axtarır.

TƏLƏBLƏR:

  • Hər zaman müştərilərə səmimi, nəzakətli və peşəkar xidmətlər təqdim etmək.
  • Qonaqlara qida və içkiləri müəyyən edilmiş icra standartları və İaşə şöbəsi üçün müəyyən edilmiş xidmət ardıcıllığına müvafiq olaraq təqdim etmək.
  • Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onların başa çatdırmaq.
  • İngilis ve rus dillərini orta səviyyədə bilməli.
  • Minimum 1 il iş təcrübəsi

DİGƏR VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:

  • İaşə şöbəsinin menyusunda olan qida və içkilər haqqında məlumatlı olmaq.
  • İaşə şöbəsini istismar üçün hazırlamaq, o cümlədən ətrafın bəzədilməsi, bədii tərtibat və masaların qurulması, yüngül təmizlik işləri və digər müəyyən edilmiş tapşırıqları yerinə yetirmək.
  • Qonaqların yemək və içki sifarişlərini qəbul etmək, mümkün olduqda, müşayiətedici məhsullar (xidmətlər) satmaq.
  • İaşə şöbəsinin kassa-ödəniş terminalından müəyyən edildiyi kimi istifadə etmək.
  • Bütün satış əməliyyatlarının müvafiq qaydada qeydiyyata alınmasını təmin etmək, İaşə şöbəsində çeklərin buraxılması, ləğv edilməsi və ya onlara düzəlişlər edilməsi üzrə müəyyən edilmiş prosedurlara riayət etmək.
  • Yemək və içkiləri müəyyən edilmiş standartlara müvafiq olaraq təqdim etmək.
  • Masaları təmizləmək və çirkli qabları qabyuma ərazisinə aparmaq.
  • Obyektin açılışı və bağlanışı ilə bağlı təyin edilmiş tapşırıqları yerinə yetirmək.
  • Xüsusi təamlar və içkilərin hazırlanma qaydaları və inqrediyentlərlə bağlı qonaqların xüsusi xahişlərinin yerinə yetirilməsi baxımından tələb olunduqda, çeviklik nümayiş etdirmək.
  • İaşə şöbəsinin meneceri tərəfindən xarici görünüşlə bağlı müəyyən edilmiş təlimatlara riayət etmək.

Maraqlanan namizədlərdən öz CV-lərini qeyd edilən vəzifəni mövzu hissəsinə qeyd edərək careers.bilgahbeach@absheronhotelgroup.com e-mail ünvanına göndərmələri tələb olunur.

Oxşar vakansiya siyahısı:

Ofisiant 

Zivar Restoranı Ofisiant vəzifəsi üzrə vakansiya elan edir. ...

Zivar Restoranı

07.11.2024 - Bakı

Restoran meneceri/Administrator

Zivar Restoranı Restoran meneceri/Administrator vəzifəsi üzrə vakansiya elan edir. ...

Zivar Restoranı

07.11.2024 - Bakı