Qısa məzmun
FLY INN BAKU şirkəti Ofisiant vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Servis səviyyəsində Azərbaycan, Rus və İngilis dili;
- Micros-symphony programı bilmək üstünlükdür.
- Xoş ünsiyyət bacarığı;
- Gülərüz və mehriban olmaq;
- Operativlik;
- Tərcihən otelçilik sahəsində iş təcrübəsi
- Nizam-intizam;
- Komanda ilə işləmək bacarığı;
- Dəyişkən iş qrafik və 3 növbəli işrejiminə uyğunlaşa bilmək bacarığı;
- Səliqəli görünüm;
- Yeniliklərə açıq olmaq
Vəzifə öhdəlikləri:
- Mehmanananın SOP-si nəzərə alınmaqla qonaqlara xidmət göstərmək;
- Yemək və içkiləri müəyyən edilmiş standartlara müvafiq olaraq təqdim etmək;
- Restoranın, yemək sahəsinin, funksional və ya iaşə obyektlərinin hazırlığını tamamlamaq və müəssisənin prosedurları çərçivəsində xidmət tələblərinə uyğun olaraq qonaqların rahatlığını və istirahətini təmin etmək üçün yemək mühitinə müvafiq dəyişikliklər etmək;
- Qonaqlara menyu və içki siyahılarını təqdim etmək, aydın təsvirlər və izahlar vermək, suallara düzgün və nəzakətli şəkildə cavab vermək
- Menyu və xidmət tələblərinə uyğun olaraq ərzağı, spirtli içkiləri və digər inqrediyentləri seçmək;
- Sifarişləri qəbul etmək, mətbəxə və bara ötürmək və bu zaman müvafiq olduğu təqdirdə hər hansı xüsusi tələb, pəhriz və ya mədəni tələblər barədə məlumat vermək;
- Qonaqların istəkləri əsasında hesabları hazırlamaq və onlara təqdim etmək;
- Qonaqlara qida və içkiləri müəyyən edilmiş icra standartları və xidmət ardıcıllığına müvafiq olaraq təqdim etmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi.
İş şəraiti:
- 3 növbəli iş rejimi (Növbəli iş qrafiki)
- Əmək haqqı: 613,00 Gross (axşam və gecə növbəsinə uyğun əmək haqqına əlavə)
- Ünvan: Heydər Əliyev Beynəlxalq Aeroportu.
Tələblərə uyğun nazmidlər öz CV-lərini mövzu hissəsində “Ofisiant” qeyd etməklə mailə göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Ofisiant
Zivar Restoranı Ofisiant vəzifəsi üzrə vakansiya elan edir. ...
Restoran meneceri/Administrator
Zivar Restoranı Restoran meneceri/Administrator vəzifəsi üzrə vakansiya elan edir. ...