Qısa məzmun
3 Mertebe Restaurant Ofisiant vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Masalara qab-qacağı, yemək-içməyi düzür (servirovka) və vaxtında masanı yığışdırır. Restoranda və ona bitişik ərazidə təmizliyi və nizam-intizamı təmin edir
- Süfrə və əl silən salfetləri çirkləndiyi zaman vaxtında dəyişdirir. Ədviyyat ləvazimatlarını gündəlik yoxlayır və doldurur
- Müştəriyə, yeməklərin və içkilərin seçilməsində peşəkar surətdə kömək edir. Sifarişçini, sifariş edilən yeməklərin hazırlanma vaxtı ilə tanış edir.
- Sifariş edilən yeməyi müştəriyə gətirir
- “Haqq-hesab” üzrə sifarişin son məbləğini çıxardır
- Haqq-hesabı müştəriyə təqdim edir və onunla sifarişə görə tam hesablaşmanı aparır
- “Haqq-hesabları” vaxtında xəzinədara, qeyd edilməsi üçün təhvil verir
- Zalda təmizliyi saxlayır
- 6 günlük iş həftəsi
- Növbəli iş rejimi
- İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata kecirilir
- Forma şirkət tərəfindən təqdim olunur
Namizədə tələblər:
- Mərdəkanda 3 Mərtəbə restoranında ofisiant xanım və bəylər tələb olunur
- Yol barəsində rahat olan namizədlər zəhmət olmasa əlaqə saxlasın
- Restoran Mərdəkanda yerləşir