Qısa məzmun
Baku Electronics LTD Onlayn satış məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Satışla əlaqəli şirkətin qayda və prosedurlarını müvafiq olaraq tətbiq etmək;
- Müştəri xidmətləri və müştəri məmnuniyyəti ilə bağlı qaydaları bilmək və tətbiq etmək;
- Satılan məhsullarla bağlı məlumatları ətraflı və düzgün şəkildə öyrənmək;
- Müştərilərlə etik qaydalara uyğun olaraq şifahi və yazılı şəkildə ünsiyyət qurmaq;
- Müştərilərin hansı məhsul kateqoriyasına və ya markalarına olan tələbatını verilən suallar əsasında düzgün şəkildə təyin etmək;
- Müştərilərin tələblərinə və istəklərinə uyğun olaraq düzgün məhsul seçiminə köməklik göstərmək;
- Müştərilərə müvafiq məhsul kateqoriyasından olan istənilən məhsulla bağlı dolğun və düzgün məlumat vermək;
- Bütün məhsul kateqoriyalarına aid kampaniyalar haqqında məlumatları müştərilərə düzgün şəkildə çatdırmaq;
- İnandırıcılıq qabiliyyətindən istifadə edərək müştərini məhsulun keyfiyyətinə inandırmaq və satışı təmin etmək;
- Satış ilə bağlı elektron sənədləşmə işlərini yerinə yetirmək;
- Problemli müştəri ilə danışarkən əsəblərinə hakim olmaq və müştəri məmnuniyyəti prinsiplərinə sadiq qalmaq;
- Daim bazar araşdırması edərək müxtəlif məhsul kateqoriyaları və yeni məhsul növləri haqqında məlumatlılığını artırmaq.
Xüsusi tələblər:
- Orta və ya ali təhsil;
- Müxtəlif məhsul kateqoriyalarının (elektronika, məişət texnikası, ev üçün əşyalar və s.) satışı üzrə minimum 6 aylıq iş təcrübəsi;
- Azərbaycan dilini əla səviyyədə bilmək (rus və ingilis dillərindən birini bilməsi arzu olunandır);
- Ms Office (Outlook, MS Word, Excel) proqramlarından sərbəst istifadə etmək;
- Yüksək inandırıcılıq qabiliyyətinə sahib olmaq;
- Problemləri effektiv şəkildə həll etmək;
- Şifahi və yazılı olaraq yüksək ünsiyyətqurma bacarığı;
- Gərgin iş qrafikində və stress altında işləmək bacarığı.
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Onlayn satış məsləhətçisi” qeyd etməklə elektron ünvanına göndərə bilərlər
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Adore mağazalar şəbəkəi Satıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
ADORE kompani Xəzinədar vəzifəsi üzrə vakansiya elan edir. ...
Ofisait Mağazalar Şəbəkəsi Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...
Ofisait Mağazalar Şəbəkəsi Ekspeditor / Satış Təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
ASADZADESANAN MMC Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group Of Commpanies Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...