Qısa məzmun
Pharmaline Group Online satış üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzi̇fə haqqında məlumat:
- Məhsulların və xidmətlərin reklamını, satışını online icra etmək
- Online Satış üzrə mütəxəssis, məhsullar haqqında müştərilərə ətraflı və dolğun məlumat verməlidir.
- Peşəkar mütəxəssis istənilən suala, hətta ən yanlış olanlara da nəzakətlə və səbirlə cavab verməyi bacarmalıdır.
- Satış üzrə mütəxəssisin işi sadəcə telefonla satıcı ilə alıcı arasında ünsiyyətdən ibarət deyildir.
- Müştərilərlə ünsiyyət prosesində məhsul və ya xidməti reklam edir. Əgər sövdələşmə baş tutarsa, satış prosesi icra edilə bilər.
- Mütəxəssis icra edilən işi CRM sistemi – Customer Relationship Management, yəni “Müştəri Münasibətlərinin İdarə Edilməsi” əsasında həyata keçirir. Bu, işin bütün mərhələlərində potensial müştərilərlə qarşılıqlı əlaqəni qurmaq və dəstəkləmək üçün informasiya və analitika texnologiyasıdır:
- Məhsulların təşviqi və satışı
- Müştəri xidməti;
- Yeni məhsulların planlaşdırılması və istehsalına istiqamət vermək.
Əmək Funksi̇yası:
- Potensial müştərilər ilə telefon zəngləri vasitəsilə ilk əlaqələrin qurulması;
- Müştərilərlə telefon danışıqları, mal və xidmətlər haqqında məlumatların reklam formasında təqdimatı;
- Müştərilərin müxtəlif promosyonlar haqqında məlumatlandırılması, təqdimatlar və s.;
- Məhsulların texniki və istehlak xassələri üzrə məlumatların verilməsi;
Səri̇ştəli̇li̇k:
- Ünsiyyətcillik;
- Aktiv fəaliyyət;
- İnkişaf etmiş intellekt: sosial-emosionallıq;
- Düzgün nitq;
- Müştərilərlə uzunmüddətli ünsiyyətdə səbr;
- İnandırmaq bacarığı;
- Təşkilatçılıq bacarığı;
- İstənilən vəziyyətdə tez naviqasiya etmək bacarığı;
- Qərar qəbul etmək bacarığı.
Nami̇zədə Tələblər:
Bi̇lməli̇di̇r:
- İşgüzar əlaqələr qurmaq və əlaqələrin daim saxlamaq bacarığı;
- Fikirlərini düzgün ifadə etməyi;
- Həmsöhbəti dinləmək, söhbət prosesində ehtiyaclarını öyrənmək bacarığı
- Satışın texnikalarından, psixologiyasından və prinsiplərindən istifadə edərək, alıcıların alış üçün motivə etməyi;
- Ali təhsil
- Rus dili bilikləri yüksək
- Yaş həddi: 20-45
Müəssi̇sə tərəfi̇ndən təmi̇natlılıq:
- CRM (Customer Relationship Management) “Müştəri Münasibətlərinin İdarə Edilməsi” Marketing sisteminin öyrədilməsi
- İdarəetmə və inkişaf təlimlərində iştirak
- Karyera planlama və inkişaf, vəzifə yüksəlişi və əmək haqqı artımı.
İş qrafi̇ki̇ və ünvan barədə məlumat:
- İş qrafiki həftənin 6 günü, saat 09:00- 18:00
- Ünvan: Bakı şəhəri, Nərimanov rayonu
- Əlaqə nömrəsi: 070-220 43 93
- Əlaqədar şəxs: Səidə Ağayeva
Müraciət etmək istəyən namizədlər CV-lərini Online satış üzrə mütəxəssis qeyd edərək göndərmələri xahiş olunur.
Uyğun namizədlərlə əlaqə yaradılacaq. əlavə olaraq, CV göndərəndəndə beş üstəgəl iki cavabını qeyd edin.
Oxşar vakansiya siyahısı:
Adore mağazalar şəbəkəi Satıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
ADORE kompani Xəzinədar vəzifəsi üzrə vakansiya elan edir. ...
Ofisait Mağazalar Şəbəkəsi Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...
Ofisait Mağazalar Şəbəkəsi Ekspeditor / Satış Təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
ASADZADESANAN MMC Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group Of Commpanies Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...