Qısa məzmun
PASHA Bank Operativ Nəzarət üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Link: https://qlor.me/ler5az9u
Təsvir
İşiniz nədən ibarətdir?
- İllik nəzarət planının hazırlanmasında iştirak;
- Rəhbərlik tərəfindən təsdiq edilmiş monitorinq planına əsasən, həmçinin plandan kənar monitorinqlərin aparılması;
- Bank əməkdaşlarının davranış məcəlləsinə, qanunlara, Mərkəzi Bankın qaydalarına, bankın siyasətinə və proseduralarına uyğunluğuna nəzarət və qeyd edilən normativ aktların tələblərinin pozulması halları üzrə yoxlamaların aparılması;
- Aşkarlanmalar və tövsiyələrlə bağlı düzgün tədbirlərin həyata keçirilməsini təyin etmək məqsədilə müəyyən müddət aralığında adekvat monitorinqlərin aparılması;
- İşin məhsuldarlığı və xidmətin keyfiyyəti məqsədi ilə digər struktur bölmələr ilə müntəzəm koordinasiya, kommunikasiyanın aparılması, komanda problemlərinin həll edilməsi;
- Aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasına dair rəy və təkliflərin verilməsi;
- Biznes proseslərin düzgün icra olunmasına nəzarət, nəticənin şöbə rəhbərinə hesabat şəklində təqdim edilməsi;
- Müəyyən edilmiş pozuntular, nəticələr və tövsiyələrlə bağlı fəaliyyəti özündə cəmləşdirən hesabatın rəhbərliyə təqdim edilməsi;
- Bankın fəaliyyəti ilə bağlı münasib şərtlərin təmini məqsədilə müstəqil və obyektiv məsləhət xidmətlərinin göstərilməsi.
Tələblər
Sizdən nə tələb olunur?
- Təhsil: iqtisadiyyat sahəsində və ya uyğun digər sahə üzrə ali təhsil (bakalavr).
- Təcrübə: 3-5 il bank təcrübəsi.
- Xarici dil: ingilis dili biliyi (səlis).
- Kompüter bilikləri: “Microsoft Office” proqramları.
- Məhsul üzrə biliklər: bank məhsulları barədə məlumatlı olmaq
- Digər: banklarda daxili nəzarət və komplayns, risk, daxili audit, maliyyə və xəzinədarlıq əməliyyatlarına nəzarət üzrə iş təcrübəsi.
- Lisenziya / sertifikat: ACCA, CFE, CİA və ya digər sertifikatın olması arzu ediləndir.
Oxşar vakansiya siyahısı:
Expressbank ASC İT departamenti, Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan ed ...
Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsi/ Şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində əməliyyat üzrə mütəxəssis / aparıcı mütəxəssis vəzifəsi üzrə ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
GL ASC (Sizin Lombard), bazarın liderlərindən biri olaraq, Yevlax filialında çalışmaq üçün Kredit Mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir. ...
Rabitabank ASC Kürdəmir filialı üzrə Mikro kredit mütəxəssisi vakansiyasını elan edir. ...
Uragan-Group Mühasib köməkçi vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Risk Menecmenti Departamentinin Risk Texnologiyaları şöbəsində Şöbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC İT Təhlükəsizliyi Departamentinin Bank Sistemlərinin təhlükəsizliyi şöbəsində Aparıcı mütəxəssis vəzifəsinə işə qəbul elan ed ...
AGRO - WEST DC LLC şirkəti Maliyyə hesabatlılığı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...