Qısa məzmun
Indigo Operativ satış meneceri vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Biz iş təcrübəsi olan şəxslərlə yanaşı, əmək bazarına yeni qədəm qoymuş gəncləri də nəzərdən keçirməyə hazırıq. Məntiqi düşüncə tərzi, ünsiyyət bacarıqları çox vacibdir!
- Bizim menecerimiz, yəni sən, satış işi ilə həvəslə məşğul olursan, hər zaman gülərüz və pozitivsən! Müştərilərə ehtiyac duyduqlarını tapmağa kömək etməyi sevirsən. Mükəmməl bir nəticə verirsən və sənin üçün aylıq maaş hər şeydən öndə deyil – çünki sən özünə güvənirsən, planları yerinə yetirəcəyinə əminsən, bonusunu mütləq qazanacağına da əminsən.
- Sən məqsədi görürsən, maneələrdə ilişib qalmırsan.
- Kifayət qədər iddialısan və böyümək istəyirsən. Bunun üçün daim öyrənir, yeni texnologiyalarla tanış olur, hər dəfə məsuliyyət dairəsinə yeni sahələr götürürsən.
Öhdəliklər:
- ofisə gələn müştərilərin qəbul olunması, onlara xidmət göstərilməsi və yola salınması;
- yeni müştərilərin cəlb olunması üçün telefon zənglərinin olunması, qeydlərin aparılması, görüşlərin alınması;
- müştəri bazasına mütəmadi olaraq yenilik və əlavələrin olunması;
- kommersiya təkliflərinin hazırlanması və göndərilməsi;
- müştəri narazılıqlarının aradan qaldırılması;
Dəyərlərimiz:
- İnkişaf və davamlı öyrənmək istəyi
- Qayğı göstərmək və kömək etmək istəyi
- Dürüstlük və ədalətli mübadilə
Seçim bir neçə mərhələdə aparılır:
- CV – bənzər bir təcrübənin varlığına baxırıq
- Doldurulmuş anket forması – cavab sürətinə və anketin məzmununa baxırıq
- Üz-üzə müsahibə – “sizinlə tanış oluruq, həm də özümüzü təqdim edirik”
- Rəhbərlə müsahibə
Şərtlər:
- sifarişi müştəriyə keyfiyyətli və vaxtında çatdırmaq;
- satış planını mütəmadi yerinə yetirmək;
- sənə məhsul və texnologiyanı öyrətməyə hazırıq;
- operativ satış menecerlərimizin aldıqları maksimum illik əmək haqqı (+ bonus) 10000 – 20000 AZN arası. Amma sən daha yaxşı nəticələrə imza ata bilərsən.
Yuxarıda yazılanlarda özünü görürsənsə – geri dönüş et!
Aylıq fiks əmək haqqı: 400 AZN+bonus
Bu linkə daxil ol və anket formasını doldur. Onu da CV ilə birlikdə e-mail ünvanına göndərməyi unutma.
Bizimlə iş şən və perspektivlidir!
Oxşar vakansiya siyahısı:
İnci Group of Companies Korporativ satış mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Mağaza koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Başak Group şirkəti Satış üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys Onlayn Satış üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group Of Commpanies Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...
AZ Dizayn Group Korporativ satış mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZ Dizayn Group Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
RAM Holding Satış Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...