Qısa məzmun
Kontakt Home Operator vəzifəsi üzrə vakansiya elan edir. Daxil olan telefon zənglərinə cavab verməlidir.
Müraciət etmək üçün linkə daxil olun: https://qlor.me/kuseqfz3
Təsvir:
- Servis mərkəzinə daxil olan hər bir müştərinin növbəli şəkildə qəbulu;
- Müraciətindən asılı olaraq təmir və yaxud diaqnostika prosesləri barədə ətraflı şəkildə məlumatın ötürülməsi;
- Təmirə qəbul zamanı müştərinin ödənişlərində gecikmə olub-olmamasına nəzarət etmək;
- Sistem üzərində qeydiyyatın aparılması; təhvil-təslim sənədinin hazırlanıb bir nüxsəsinin müştəriyə təqdim olunması;
- Telefon və ya planşetlərin təmirə qəbul zamanı, müştəriyə müvəqqəti istifadə cihazının təklif edilməsi; müştərinin istəyindən asılı olaraq razılaşma sənədi ilə istifadə cihazının təqdim olunması;
- Lazım gəldikdə, müştərinin irad və təkliflərinin aidiyyatı şöbəyə yönləndirilməsi;
- Təhvil zamanı imei kodun yoxlanılması;
- ABC cihazlarının qəbulu;
- Gələn zəngləri cavablandırmaq.
Tələblər:
- Ali təhsil;
- Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
- Vəzifə öhdəliklərini şirkətin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
- İşində məsuliyyətli, səliqəli və dəqiq olmalı;
- Müştərilərlə ünsiyyət qurmağı bacarmalı;
- Kollektivdə komanda ilə işləmə bacarığı;
- Ofis proqramları: Word, Excel;
- İş grafiki: 9:00-18:00; 10:00-19:00.