Operator
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

N21.az Operator vəzifəsi üzrə vakansiya elan edir. Yazarkən qrammatik qaydalara düzgün əməl etməlidir.

N21.az saytı Azərbaycan elektron ticarət bazarında yeni yaranan onlayn mağazadır. Saytda mobil telefonlar, elektronika məhsulları, televizorlar, noutbuklar, iri və xırda məişət texnikası, geyim, qab-qacaq, tekstil, parfümeriya, kosmetika və s. kateqoriyalar üzrə geniş çeşidli məhsulların nağd və hissə-hissə ödəmə şərtlərilə satışı nəzərdə tutulub.

İş barədə məlumat:

  • Daxil olan telefon zənglərinin cavablandırılması
  • Sosial şəbəkə hesablarına gələn mesajlara, rəylərə cavab verilməsi və sifarişlərin qeydə alınması
  • Kompüterdə zənglərin qeydiyyatını aparmaq
  • Müştərilərin şikayət, təklif və tövsiyyələrini dinləmək və ya müvafiq şəxsə yönəltmək
  • Sifarişlərin zamanında ünvana çatdırılmasına nəzarət edilməsi
  • İşçi Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən rəsmi qeydiyyata alınır
  • İş yeri: Gənclik metrosundan 5 dəqiqəlik məsafə, Prezident İqamətgahının yanı
  • İş qrafiki: 1-6-cı günlər, 09:00 – 18:00
  • İstirahət: Bazar günü
  • Əmək haqqı: 300 AZN + bonus

Namizədə tələblər:

  • İş təcrübəsinin olub olmaması vacib deyil
  • Cins: Qadın
  • Azərbaycan və Rus dillərində səlis danışmaq, yazmaq
  • Yazarkən qrammatik qaydalara düzgün əməl etməli
  • Kompüterdə sərbəst işləmə bacarığı
  • Word və Excel programlarında baza bilikləri
  • Səlis və aydın intonasiya ilə danışıq bacarığı, fikirlərini rahat şəkildə izah etmək bacarığı
  • Xoş səs tonuna malik olmalı
  • Kollektivdə komanda ilə işləmə bacarığı
  • Məsuliyyətli və inkişafa meyilli olmalıYuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən CV formasını şəkillə birlikdə mövzu yerində “Operator” yazaraq cv@n21.az elektron ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Optik məsləhətçi

Focus Optika Optik məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir. ...

Focus Optika

11.02.2025 - Bakı

Müştəri məmnuniyyəti üzrə qrup rəhbəri

Kontakt Home Müştəri məmnuniyyəti üzrə qrup rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

24.01.2025 - Bakı