Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Kontakt Home Operator (Servis mərkəzi) vəzifəsi üzrə vakansiya elan edir. Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti olmalıdır.
“Kontakt Home” mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə “Kontakt Home” Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.
“Kontakt Home” mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Vacancy: Operator (Servis mərkəzi)
Vəzifə öhdəlikləri:
- Servis mərkəzinə müraciət etmiş müştərilərin suallarını cavablandırmaq;
- Cihazların qəbulu və təhvili;
- Problemli müştərilərlə iş;
- Daxil olan telefon zənglərini cavablandırmaq;
- Kompyuterdə mətn yığmaq və çap etmək;
- Servisin işi ilə bağlı digər tapşırıqlar.
Tələblər:
- Ali təhsilli;
- Azərbaycan və rus dillərini səlis bilməli;
- Kompyuter proqramlarından istifadə bacarığı;
- Kollektivdə işləmək bacarığı;
- Müştərilərlə ünsiyyət təcrübəsi.
İş şəraiti:
- Əmək məcəlləsinə uyğun sənədləşmə
- İş qrafiki: I-V günlər, şənbə-qısa iş günü (10:00-14:00), bazar-istirahət günüdür
- İş yeri Nefçilər metrosunun yaxınlığında yerləşir
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Oxşar vakansiya siyahısı:
Focus Optika Optik məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Müştəri məmnuniyyəti üzrə qrup rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...