Qısa məzmun
Ə/h 400-800 AZN. Focus Optika Optik təmsilçi vəzifəsi üzrə vakansiya elan edir. Rus dili-yaxşı səviyyədə bilməlidir.
Vakansiya Bakı və Sumqayıt filialları üçün keçərlidir
Vəzifə öhdəlikləri:
- Müştərinin qarşılanması, sifariş qaydaları haqqında məlumatlandırmaq
- Çərçivələrin seçimində müştəriyə köməklik göstərmək
- Müştəri sorğularını cavablandırmaq
- Digər məhsullar haqqında müştəriyə məlumat vermək
- Ehtiyac yaranarsa müştərini Optik ustaya yönləndirmək
- Satışı həyata keçirmək
- Sifariş qeydlərini tutmaq
- Ona təyin edilmiş hədəflərə çatmaq
- Ofisdən gələn malları vitrinə yerləşdirmək
- Vitrinlərin səliqəli və təmiz olması üçün mütəmadi gözdən keçirmək
- Sifarişlər barəsində ustanı məlumatlandırmaq
- Rəhbərlik və ya məsul şəxsin verdiyi digər tapşırıqları icra etmək.
Vəzifə tələbləri:
- Təhsil-Orta təhsil (Ali təhsil üstünlükdür);
- Yaş həddi: 25-40;
- Təcrübə-1 ilə qədər;
- Dil bilikləri-Azərbaycan dili əla səviyyədə,Rus dili-yaxşı səviyyədə,İngilis dili arzuolunandır;
- Satış prinsipləri və texnikaları üzrə biliklər;
- Davranış etiketi qaydaları üzrə biliklər;
- Effektiv ünsiyyət, intizamlılıq, dürüstlük, stressə davamlılıq və təqdimetmə bacarığı.
İş şəraiti:
- Əmək haqqı: 400-800 AZN;
- İş qrafiki: 09:00-20:00;
- AR Əmək məcəlləsinə uyğun sənədləşmə.
- Qeyd: İlkin müsahibədən seçilən namizədlər peşəkar təlimlərdən sonra işlə təmin olunacaqlar.
Müraciət etmək istəyən namizədlərdən öz şəkilli CV-lərini mövzu yerində “Optik təmsilçi” yazaraq vacancy@focusoptika.az e-mail ünvanına göndərmələri xahiş olunur.
Əlaqə:
+994 55 250 18 56
+994 77 277 28 27
Oxşar vakansiya siyahısı:
Tibb bacısı
Hajigabul Poultry Farm Company Tibb bacısı vəzifəsi üzrə vakansiya elan edir. ...