Pərakəndə bankçılıq – Product owner
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azərbaycan Beynəlxalq Bankı Pərakəndə bankçılıq departamentinə Product Owner vəzifəsi üzrə vakansiya elan edir.

Azərbaycan Beynəlxalq Bankı Pərakəndə bankçılıq departamentinə Product Owner vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəciyiniz işlər:

  • Pərakəndə bankçılıq sahəsində bank məhsullarının satışını, rəqabət qabiliyyətliliyini daim izləmək və təhlil etmək, yeniləmək;
  • Müxtəlif müştəri və müştəri qruplarına xüsusi məhsul və xidmət şərtlərinin təqdim olunmasına dair təkliflərin hazırlanması;
  • Mövcud məhsul və xidmətlər bazarının, satışların daimi təhlil olunması, o cümlədən mövcud məhsul və xidmətlərin xüsusiyyətlərinə və şərtlərinə əlavə və ya dəyişikliklərin edilməsi barədə təkliflərin hazırlanması, məhsulların xüsusiyyətlərini və şərtlərini idarə etmək və daima yeniləmək;
  • Bankdaxili təhlillər və biznes ehtiyacları əsasında, o cümlədən daxili və xarici mənbələrdən daxil olmuş və şəxsi ideyalar əsasında müasir bank bazarına uyğun, rəqabətədavamlı, Bankın strategiyasına uyğun yeni məhsul və ximətlərin yaradılması, xidmətin keyfiyyətinin və müştəri məmnuniyyətinin artırılması ilə bağlı təkliflər hazırlamaq;
  • Məhsulların ümumilikdə uğur qazanması üçün prosesə rəhbərlik etmək, məhsullarla bağlı gedişatı izləmək və qiymətləndirmək;
  • Məhsullarla bağlı yerinə yetirilməmiş işlərin siyahısını tərtib etmək, yeniləmək və prioritetləşdirmək, o cümlədən məhsul üçün təqdim edilmiş tapşırıqlarla bağlı qəbul meyarlarını müəyyən etmək;
  • Məhsul və xidmətlərin inkişafını təmin etmək və yeni məhsul və xidmətlərin yaradılması prosesində məhsul və xidmətlər barədə layihə planlarının, biznes tələblərin və təqdimatların hazırlanması
  • Məhsulların satışının artırılması üçün müxtəlif tipli aksiyalar barədə təkliflərin hazırlanması və icrası;
  • Yeni məhsullarının hazırlanması, birgə layihələr üzrə tərədaşlarla ( İT, Marketinq və digərləri) daimi qarşılıqlı əlaqələrin saxlanılması, məhsul və xidmətlər üzrə layihənin məhsul sahibi (product owner) rolunda idarə edilməsi.
  • Hədəf müştəri qruplarının, müxtəlif anket sorğularının, intervyuların çoxsaylı və keyfiyyətli təhlili əsasında bazarda tələbin müəyyən edilməsi.
  • Müştəri rəylərinin ( müsbət/mənfi ) toplanması, analizi və alınmış nəticələrin məhsulun yaradılması prosesində istifadə olunması.
  • Satışların mövcud müştəri qrupları və məhsullar üzrə analitik təhlili, mövcud və yeni yaradılacaq məhsullar üzrə gəlirliliyin ölçülməsi, o cümlədən əvvəlcədən proqnoz verilməsi
  • Bank məhsullarının satışının artırılması strategiyalarını hazırlanmasına dəstək vermək və yeni satış kanallarını müəyyənləşdirmək
  • Mövcud köhnəlmiş məhsul və xidmətlərin departamentin məhsul və xidmət portfelindən çıxarılması, yenilənməsi və ya yenisi ilə əvəz olunması üçün təkliflərin verilməsi
  • Məhsulların satışının artırılması üçün müxtəlif aksiyalar, kampaniyalar, stimullaşdırıcı lotereyaların və s. Həyata keçirilməsi üzrə təkliflərin hazırlanması, rəhbərlik və müxtılif komissiyalar üçün təqdimatların hazırlanması.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli ( İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi və ya Riyaziyyat sahəsi üzrə );
  • Məlumatlarla işləmək təcrübəsi, təhlil və nəticə çıxarmaq bacarığı, həmçinin məlumatların vizualizasiyası bacarığı olan;
  • Yüksək ünsiyyət qurma və təqdimat bacarıqları olan;
  • Yüksək analitik düşünmə və iqtisadi təhlil qabiliyyəti olan;
  • Mobil, dinamik, operativ, dəqiqlik, müstəqil olaraq layihələri və tapşırıqları icra edə bilən;
  • Hesabatlar və təqdimatların hazırlanması üzrə müxtəlif proqram təminatlarında yüksək səviyyədə biliklərə sahib olan;
  • Bank sahəsi üzrə təcrübə, bank biznes-prosesləri, kredit və qeydri-kredit məhsullar üzrə dərin biliklərə sahib olan;
  • Ödəniş sistemləri ilə birgə həyata keçirilən inkşaf layihələrində aktiv olaraq iştrak təcrübəsi olan;
  • Layihələrin idarə edilməsi üzrə təcrübəli;
  • Ödəniş sistemlərinin, yerli və beynəlxalq təşkilatlar tərəfindən təqdim olunan məhsulların yaradılması, layihələrin idarə edilməsi və s. üzrə müvafiq sertifikatlara yiyələnmək (arzuolunandır)
  • “Agile” metodologiyaları üzrə təcrübə arzu olunandır;

Bu iş sizə nələri qazandıracaq:

  • Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
  • Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;

Əgər axtardığımız namizəd sizsinizsə CV-nizi  cv@ibar.az  elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Pərakəndə bankçılıq – Product owner” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

Oxşar vakansiya siyahısı:

Məhsul sahibi (Product owner)

Bank Respublika ASC Məhsul sahibi (Product owner) vəzifəsi üzrə vakansiya elan edir. ...

Bank Respublika

22.11.2024 - Bakı

Uçotçu

Perla mebel Goran mağazasına uçotçu vəzifəsi üzrə vakansiya elan edir. ...

Perla mebel

22.11.2024 - Goran

Mühasib

Barkod Electronics Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Barkod Electronics

22.11.2024 - Bakı

1500 — 2000 ₼
Aparıcı mühasib

Regency Consulting and Tax Solutions MMC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Regency Consulting and Tax Solutions MMC

18.11.2024 - Bakı

600 — 800 ₼
Kiçik – Mühasib

Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Regency Consulting and Tax Solutions MMC

18.11.2024 - Bakı

Audit Üzrə Mütəxəssis

Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Hajigabul Poultry Farm Company

14.11.2024 - Hacıqabul

Kassir

Zivar Restoranı Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

Zivar Restoranı

07.11.2024 - Bakı

Mühasib (Restoran)

Zivar Restoranı Mühasib (Restoran) vəzifəsi üzrə vakansiya elan edir. ...

Zivar Restoranı

07.11.2024 - Bakı

Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi

Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Expressbank ASC

04.11.2024 - Bakı

Marketinq Departamentinin Kartmane və Partnyorlarla iş şöbəsində Baş mütəxəssis/ Ekspert

“Rabitəbank” ASC Marketinq Departamentinin Kartmane və Partnyorlarla iş şöbəsində Baş mütəxəssis/ Ekspert vəzifəsinə işə qəbul elan edir. ...

Rabitabank OJSC

01.11.2024 - Bakı

Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi

Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Expressbank ASC

30.10.2024 - Bakı

Mikro kredit üzrə kiçik kredit mütəxəssisi (Sumqayıt filialı)

Bank Respublika ASC Mikro kredit üzrə kiçik kredit mütəxəssisi (Sumqayıt filialı) vəzifəsi üzrə vakansiya elan edir ...

Bank Respublika ASC

30.10.2024 - Bakı