Qısa məzmun
Ə/h 550 AZN + Rüblük motivasiya. Ateshgah Sigorta Partnyorlar ilə iş şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri:
- Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlərin keçirilməsində iştirak etmək
- Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq
- Mövcud partnyorlarla birbaşa əlaqələr yaratmaq və onların satışlarına nəzarət etmək;
- Müştərinin ilk müraciət anından onunla işləmək: təqdimat materialları, müşayiət məktubları və izahedici qeydləri işləyib hazırlamaq və göndərmək, ərizə formasında təqdim olunan məlumatı təhlil etmək,qiymət üzrə təkliflər hazırlamaq və müraciət edən müştəriyə təqdim etmək,müştəriyə sığorta şərtləri haqqında ətraflı məlumatların əldə edilməsində köməklik göstərmək
- Şirkətin maraqları çərçivəsində müştərilərlə danışıqlar aparmaq və müştəriləri Şirkətlə əməkdaşlıq etməyə dəvət etmək
Namizədə tələblər:
- Yaş: 21-32
- Cinsi: kişi
- Təhsil: Ali
- Dil bilikləri: Azərbaycan dili (əla) , Rus dili (əla),İngilis dili( arzuolunandır)
- Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi
Şəxsi keyfiyyətlər
- Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
- Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
- Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı
İş şərtləri
- Əmək müqaviləsi bağlanılır
- İş vaxtı 09:00 – 17:30
- İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
- Əmək haqqı: 550 AZN + rüblük motivasiya
- Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
- Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur
- Iş yeri – Baş ofis
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini recruiting@ateshgah.com – mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Partnyorlar ilə iş şöbəsinin mütəxəssisi” qeyd etmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Hajigabul Poultry Farm Company Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
Agro-West DC LLC Merçendayzer-ekspeditor vəzifəsi üzrə vakansiya elan edir. ...
Bravo Supermarketlər şəbəkəsi Merçendayzinq işləri üzrə köməkçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Xahiş edirik, “Satış üzrə məsləhətçi” vakansiyamızın saytınızda dərc olunmasına dəstək olasınız: İş barədə məlumat İş əsnasında ...
Embawood şirkəti Satış koordinatoru (Sumqayıt) vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group Of Commpanies Merçandayzer ( Sumqayıt ərazisi üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Onlayn sifariş üzrə məsləhətçi (Sosial media kanallarından)vəzifəsi üzrə vakansiya elan edir. ...
Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group of Companies Korporativ Satış Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeta Group “Satış Məsləhətçisi” vəzifəsi üzrə vakansiya elan edir ...