1996-cı ildə Bakı şəhərində əsası qoyulan Sinteks MMC bu gün Qafqaz və Mərkəzi Asiyada ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir.
SİNTEKS tanınmış beynəlxalq moda evlərindən tutmuş yeni yaranmış markalara kimi, dünyanın aparıcı moda brendlərini təmsil edir.
Şirkət dəb, zərgərlik və qida sahələrində 80-dən artıq mağazanı idarə edir.
Sinteks Şirkətlər qrupuna hal hazırda Fotossesiya Administratoru tələb olunur.
İşin rolu:
Bu rol, fotosessiya prosesini təşkil və nəzarət etməkən, həmçinin yeni gələn məhsulların vaxtında keyfiyyətli fotolarını təqdim etməkdən məsuldur.
Vəzifə öhdəlikləri:
- Təlimata əsasən foto çəkiliş prosesini təşkil və nəzarət edir
- Yeni gələn paltar və aksesuarlarla fotosessiyanı təmin edir
- Fotosessiya üçün “total look” hazırlayır
- Məhsulları qəbul edir, yoxlayır və geri qaytarır
- Sorğuya əsasən hesabat hazırlayır
Əsas tələblər:
- Təhsil:
- Ali təhsil arzu olunandır
- Təcrübə:
- Foto çəkiliş və ya digər əlaqəli sahələrdə ən az 1 il təcrübə
- Moda sahəsində müvafiq təcrübə üstünlükdür
- Professional biliklər:
- Dəb markaları haqqında biliklər
- MS Office
- Professional bacarıqlar və kompetensiyalar:
- Problem həlletmə
- Təşkilati bacarıqlar
- Nəticə yönümlü
- Kreativlik
- Vaxtın idarəolunması
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Fotosessiya Administratoru” qeyd edərək recruitment@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Mətanət A Elektrik vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Dərzi vəzifəsi üzrə vakansiya elan edir. Tikiş maşınları ilə sərbəst işləmə bacarığı olmalıdır. ...
Mətanət A Usta üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti Tort yığım ustası vəzifəsi üzrə vakansiya elan edir. ...