Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Ziraat Bank Azərbaycan ASC PL/SQL Developer vəzifəsi üzrə vakansiya elan edir. Bank sektorunda minimum 1 il iş təcrübəsi olmalıdır.
Vəzifəyə olan tələblər:
- İnformasiya Texnologiyaları ixtisası üzrə Bakalavr və ya Magistr dərəcəsində ali təhsil;
- Analitik təfəkkür və alqoritmik düşünmə qabiliyyəti;
- Bank sektorunda minimum 1 il iş təcrübəsi;
- Mövcud məlumatları, cədvəlləri, sorğuları, saxlanılan prosedurları və hesabatları təhlil etmək bacarığı;
- Performansın tənzimlənməsi və sorğu optimallaşdırılması təcrübəsi;
- Oracle SQL və PL/SQL proqramlaşdırma dillərini yaxşı bilməli;
- SQL, PL-SQL sahəsində minimum bir illik iş təcrübəsi;
- XML ilə işləmə bacarığı;
- C#, Java, Python proqramlaşdırma dillərindən birini bilməli (arzu olunandır);
- Xarici dil: Rus/İngilis dillərində yazışma və ünsiyyət səviyyəsində biliklər;
- Yeni məlumatları tez başa düşmək, saxlamaq və tətbiq etmək bacarığı, sürətli öyrənmə bacarığı;
- İş prosedurlarına dair texniki sənədlər hazırlamaq bacarığı;
- Daxili bank sistemində lazımi konfiqurasiyaların aparılması.
Əsas vəzifələr:
- İstifadəçilərin tələblərinə cavab verən yeni statistik və analitik hesabatların tərtib olunması;
Hesabat məlumatlarının reallığının yoxlanılması; - Texniki spesifikasiyaların hazırlanması;
- Test mühitinin yenilənməsi;
- Sistemdə yeni patch-ların tətbiqi;
- Davamlı olaraq problem həlləri təklif edilməsi və MIS, MKR hesabatı ilə bağlı istifadəçi suallarına / problemlərinə cavab verilməsi.
Göstərilən tələblərə cavab verən namizədlər mart ayının 15-dək öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “PL/SQL Developer” qeyd etməyiniz vacibdir.