Qısa məzmun
Ə/H 2000-3000 AZN. SMTS MMC Planlama Departamentinin Meneceri üzrə vakansiya elan edir. Rus və İngilis dilləri əla səviyyədə bilməlidir.
Vəzifə öhdəlikləri:
- Cəmiyyətdə müntəzəm və səmərəli fəaliyyətin təmin edilməsi, məqsədlərə nail olmaq üçün iş qrafikində gecikmələr, layihə büdcə kəsiri ilə əlaqədar risklərin idarə edilməsi, istənilən dəyişikliyə qısa müddət ərzində münasibət bildirilməsi;
- Bütün resursların səmərəli istifadəsinə, ehtiyatlardan istifadənin səmərəliliyi, düzgünlüyü, onlardan təyinatı üzrə istifadəyə nəzarəti və zərərdən mühafizə olunmanın yetərliliyinin qiymətləndirilməsi; xərclərinin səmərəliliyini qiymətləndirilməsi;
- Büdcənin tərtib olunması zamanı mənbələrin təmin edilməsini və istifadə üsullarını layihə menecerləri ilə birlikdə əvvəlcədən müəyyən etmək və Rəhbərliyə təqdim olunacaq büdcə hədəflərini real və optimal maliyyə göstəriciləri əsasında tərtib olunmasını təmin etmək;
- Cəmiyyətin gəlirliliyin qaldırılması və xərclərinin azaldılması dair rəhbərliyə verdiyi təkliflərin, Planlaşdırılmış və faktiki xərclərin analizi;
- Büdcələr tamamlandığında nəticələri sistemə qeyd etmək, büdcələri konsolidasiya etmək və büdcələri Cəmiyyətin layihələrində faktiki çəkilmiş xərclər ilə qarşılaşdırmaqla Cəmiyyətin fəaliyyətinin rəqəmsal göstərici hesabatları vasitəsi ilə ölçülməsi;
- Layihə və departament rəhbərliyi ilə birlikdə, layihə rəhbərliyinin əvvəlcədən planlamış iş üsullarına və iş proqramına görə ətraflı maliyyə təhlili aparıb layihə büdcəsini tərtib edir;
- Layihə sənədlərinə əsasən layihənin icrasına uyğun olaraq Baş plan, makro plan və mikro plan (Layihənin başlanğıcdan bitmə müddətinədək, aylıq və ya həftəlik, günlük) planlamaların hazırlanması;
- Layihə rəhbərləri və Struktur bölmə rəhbərləri ilə plan hazırığında birgə çalışmaq;
- Subpodratçılar ilə muqavilə bağlanmazdan öncə Layihə tərəfindən aparılan qiymət analizlərinin aparılması, görüləcək işlərin qiymət maliyyə təhlilləri ilə qarşılaşdıraraq bu barədə rəyini Layihə rəhbərliyinə və Maliyyə Departamentinə bildirmək; Layihələrin maya dəyərinə nəzarət etmək;
- İstehsalat zamanı ortaya çıxa biləcək büdcədən kənar xərcləri və yaranacaq zərərlərin qarşısının alınması məqsədi ilə vaxtlı – vaxtında Cəmiyyətin Rəhbərliyinə müvafiq hesabatlar vermək və həll yolları ilə səmərəli təklif təqdim edə bilmək;
- Bütövlükdə müəssisənin resurslarından ən səmərəli istifadə imkanlarını nəzərə alaraq konkret hədəflərə çatma ardıcıllığını təyin edən tədbirlər toplusunu hazırlamaq. Planlama menecerinin fəaliyyəti, yalnız profili üzrə cari və orta müddətli planlaşdırma ilə əlaqəli deyil, o cümlədən müəssisənin ayrı-ayrı sahələri və mütəxəssislərinin (vergi planlaşdırması, maliyyə planlaşdırması, insan resursalrı planlaşdırılması, satış planlaşdırması (satınalma), investisiya planlaşdırması və s.) planlaşdırılması fəaliyyətini də əhatə etməlidir;
- Layihənin bütün mərhələlərində Layihə meneceri və mühəndislərlə əlaqədar çalışmaq;
- Layihədə verilmiş qeydlərin və tövsiyələrin icrasına dair nəticənin yoxlanılması;
- Layihədə işlərin icrasının gedişatı, vəziyyətinin və yerinə yetirilmiş işlərin həcmləri haqqında müvafiq hesabatın tərtib olunması;
- Subpodratçıların apardığı işlərin plan qeydiyyatı və plan üzrə işlərin görülməsinə nəzarət;
- Gecikmələrin qarşısının alınması üçün monitorinq keçirilməsi; Mütəmadi olaraq layihənin effektivliyini izləmək və təhlil etmək;
- Layihələrin müxtəlif mərhələləri boyunca işçi qüvvəsi, avadanlıq və s. planların
hazırlanması; - Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb Baş Layihə Rəhbərinə ötürülməsi;
- Həftəlik və aylıq hesabata əsasən inkişaf proqramının hazırlanması və Primavera P6 proqramına daxil edilməsi və yenilənməsi;
- Müəssisə resurslarının (istehsal, maddi, texniki, məlumat, kadr və digər) təhlili aparır;
müəssisənin texniki, iqtisadi və sosial-iqtisadi göstəricilərini təhlil edir və sistemləşdirir; - Müəssisədə bütövlükdə və xüsusən müəssisənin ayrı-ayrı bölmələrində Strateji planlaşdırma təşkil edir;
- Uzunmüddətli plana uyğun olaraq müəssisənin inkişafı üçün proqnoz hazırlayır, müəssisənin iş planlarının əsas elementlərini müəyyənləşdirir;
- Layihələrdə reallaşmış olan maliyyə məlumatları haqqında olan bilik və təcrübəni daha sonrakı tenderlər, işlər və layihələrdə tətbiq edilməsi üçün verilənlər bazası yaratmaq.
Namizədə olan tələblər:
- İnşaat və ya layihə idarəetmə üzrə ali təhsil
- Planlama meneceri olaraq inşaat sahəsində ən az 5 il (fasiləsiz) iş təcrübəsi
- Azərbaycan və İngilis dillərində əla yazmaq, oxumaq və fikrini ifadə etmək qabiliyyəti olmalı
- MS Office, MS Project 2010; Primavera P6
- Problem həll etmə, analitik düşünmə qabiliyyəti
- İşgüzar ünsiyyət bacarığı
- İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, səliqəli, diqqətli və müstəqil
- Komandada işləyə bilmə bacarığı
Digər tələb və şərtlər:
- Yaş həddi: 27-50
- Əmək haqqı 2000-3000 AZN (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
- İş rejimi: həftədə 5 gün, 09.00-dan 18.00-dək
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində hr@smts.az elektron ünvanına mövzu yerinə “Planlama Departamentin Meneceri” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Oxşar vakansiya siyahısı:
Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...
Aznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...