Qısa məzmun
Ə/h razılaşma yolu ilə. AS Group Investment LLC Planlama mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. Rus dilini bilən namizədə üstünlük verilir.
Vəzifə öhdəlikləri:
- Tikinti Layihələri üzrə planlaşdırma (layihələr üzrə iş qrafiklərinin hazırlanması);
- Müvafiq Layihənin analiz edilməsi və müvafiq vaxt qrafiki və büdcənin hazırlanması;
- Xüsusi proqram vasitəsi ilə (Primavera və ya Ms. Project) iş Həcmi və son tarixləri əhatə edən Tikinti Layihə qrafikinin və mobilizasiya qrafikinin hazırlanması;
- Tender sənədlərinin hazırlanmasında iştirak etmək;
- Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi;
- Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün İnşaat mühəndisləri ilə müzakirələrin aparılması, gecikmələrin aradan qaldırılması üçün yenidən planın güncəllənməsi;
- İşlərin planlaşdırılmış büdcə və vaxt ərzində reallaşması üçün proqnozlaşdırma və ehtimalların dəyərləndirilməsi;
- Layihə üzrə material, maşın-mexanizm, işçi heyəti resurslarının müəyyən edilməsi və hesablanması, müvafiq hesabatların tərtibi və icrasına birbaşa nəzarət;
- Layihənin gedişatı əsasında günlük, həftəlik və aylıq hesabatların hazırlanması;
- Pul axını üzrə analiz və prqnozların hazırlanması.
Tələb olunan göstəricilər:
- Mühəndislik sahəsi üzrə ali təhsil;
- Planlaşdırma mühəndisi vəzifəsində inşaat sektorunda ən azı 5 illik təcrübə;
- Azərbaycan və İngilis dillərini mükəmməl bilmək, Rus dili arzuolunandır;
- Layihə Planlama Proqramları (Primavera) üzrə peşəkar biliklər;
- Bir neçə tapşırığı eyni zamanda görə bilmək və stress altında işləyə bilmək bacarıqları;
- Güclü analitik və məntiqi düşünmə bacarıqları
- İşgüzar səfərlərə ezam olunmaq imkanı.
İş şəraiti barədə məlumat:
- İş rejimi: həftənin I – VI günləri
Elanda qeyd edilən tələblərə uyğun olan namizədlər mövzu hissəsində vakansiyanın adını – “Planlama Mühəndisi”, qeyd etməklə CV formalarını hr@asgroup.az mail ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Matanat A şirkəti Planlama üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Smeta üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtoelektrik vəzifəsi üzrə vakansiya elan edir. ...
AGA Şirkətlər Qrupu Layihəçi elektrik mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu SƏTƏM üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat bölmə nəzarətçisi (baş qənnadçı) vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...