Qısa məzmun
Ə/h razılaşma yolu ilə. AS Group Investment LLC Planlama mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. Rus dilini bilən namizədə üstünlük verilir.
Vəzifə təlimatları:
- Layihələrin planlaşdırılması (layihələrin ana və detallı iş qrafiklərinin hazırlanması);
- Layihə xüsusiyyətlərini anlamaq və onlara cavab verən vaxt cədvəlləri və büdcələr hazırlamaq;
- Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi;
- Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün İnşaat mühəndisləri ilə müzakirə aparmaq, gecikən işləri yenidən planlamaq;
- Səmərəlilik üzrə qiymətləndirmə, proqnozlaşdırma, işlərin planlaşdırılmış büdcə və vaxt ərzində reallaşması ehtimalının qiymətləndirilməsi;
- Ən sərfəli qiymətləri təmin etmək məqsədi ilə satıcılar və podratçılar ilə danışıqların aparılması;
- İş cədvəlinin tərtib olunması və bütövlükdə layihəni əhatə edən günlük/həftəlik/aylıq hesabatların vasitəsi ilə layihələrin vaxtında icra olunmasına nəzarətin edilməsi;
- Həftəlik və aylıq hesabata əsasən inkişaf proqramının hazırlanması və Primavera P6 proqramına daxil edilməsi və yenilənməsi;
- Layihənin material, maşın-mexanizm, işçilik ehtiyaclarını müəyyən etmək, ehtiyac hesabatlarını hazırlanmaq və icrasına birbaşa nəzarət etmək
Tələblər:
- Ali təhsil (İnşaat mühəndisliyi);
- Planlama Mühəndisi olaraq inşaat sahəsində ən az 8 il iş təcrübəsi;
- Azərbaycan və İngilis dil bilikləri (Rus dilini bilən namizədə üstünlük verilir)
- Autocad, Primavera P6 və Microsoft Office proqramları üzrə peşəkar biliklər
- Layihə nəzarəti sənədlərini şərh etmək və beynəlxalq sənaye standartlarına uyğun olaraq planlaşdırma / hesabat sənədlərini hazırlamaq bacarığı.
- Mühəndislik, tədarük, istehsal, tikinti və sistemlərin tamamlanması planlaşdırma prosesləri, planlaşdırma vasitələri və layihə idarəetməsi və nəzarət üsulları barədə məlumat
- İşgüzar səfərlərə getmək imkanı
Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Planlama mühəndisi” yazmaqla hr@asgroup.az mail ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
430₼
İstehsal xəttində nəzarətçiAyan MMC İstehsal xəttində nəzarətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Tekstil meneceri
QAYO MMC Tekstil meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Texniki dəstək üzrə mütəxəssis (Helpdesk)
Mətanət A Şirkətlər Qrupu Texniki dəstək üzrə mütəxəssis (Helpdesk) vəzifəsi üzrə vakansiya elan edir. ...