Qısa məzmun
Matanat A şirkəti Planlama üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- Sifariş tələblərini təhlil edərək istehsalat prioritetlərini müəyyənləşdirmək.
- İstehsalat proseslərinin qısa və uzunmüddətli planlarını hazırlamaq.
- Məhsul istehsalı üçün tələb olunan resursların (materiallar, işçi qüvvəsi, avadanlıq) ehtiyaclarını müəyyənləşdirmək.
- Proseslərin icrası zamanı vaxtında dəyişikliklər edərək istehsalatın davamlılığını təmin etmək.
- Resursların optimal istifadəsini təmin etmək və israfın qarşısını almaq.
- Materialların tədarükü və sifarişlərinin izlənilməsi.
- Tədarük komandası ilə əməkdaşlıq edərək material ehtiyatlarının kifayət qədər olmasını və vaxtında çatdırılmasını təmin etmək.
- Avadanlıqların əlçatanlığını izləmək və dayanma hallarının qarşısını almaq üçün texniki xidmət işlərini koordinasiya etmək.
- İstehsalat proseslərindəki zəif nöqtələri müəyyənləşdirmək və məhsuldarlığı artırmaq üçün təkliflər irəli sürmək.
- İstehsalatın planlaşdırılmasında avtomatlaşdırma və rəqəmsallaşdırma layihələrinə dəstək vermək.
- İstehsalat göstəricilərinə dair hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
- Məlumatların analitik sistemlərdə emal edilməsi və gələcək planların qurulması üçün istifadə olunması.
- İstehsalat performansına aid əsas göstəriciləri (KPI) izləmək (istehsal həcmi, vaxtında çatdırılma, məhsuldarlıq və s.).
- İstehsal performansı ilə bağlı hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
- Planlaşdırılmış və faktiki istehsalat arasındakı fərqləri təhlil edərək düzəldici tədbirlər görmək.
- İstehsalat qrafikindəki potensial riskləri müəyyənləşdirərək onları minimuma endirmək üçün tədbirlər görmək.
- İstehsalat xərclərini izləmək və keyfiyyəti qoruyaraq xərclərin azaldılması təşəbbüslərini həyata keçirmək.
- İsrafın azaldılması və məhsuldarlığın artırılması üçün planlama proseslərini inkişaf etdirmək
Tələblər
- Sənaye mühəndisliyi, istehsalat, əməliyyatların idarə olunması və ya müvafiq sahədə bakalavr dərəcəsi.
- Magistr dərəcəsi və ya APICS CPIM kimi sertifikatlar üstünlük təşkil edir.
- İstehsalat planlaması, istehsal və ya tədarük zəncirinin idarə olunması sahəsində minimum 5 illik iş təcrübəsi.
- Güclü analitik düşüncə və problem həll etmə bacarıqları.
- İstehsalat planlaması və idarəetmə səhəsində avtomatlaşdırma və rəqəmsallaşdırma texnologiyalarından anlayış.
- MS Office proqramları və ERP sistemlərində işləmə bacarığı.
- İngilis dili bilikləri üstünlük təşkil edir.
- Müqavilələrin idarə olunması və tədarük zənciri prosesləri barədə anlayış.
- İstehsalatda risk idarəetməsi və proses optimizasiyası sahəsində bilik.
Əmək haqqı
- Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən qarşılıqlı razılıq əsasında təyin olunacaqdır.
İş şəraiti:
- İş saatı: 09-00-dan 18-00-dək;
- İstirahət: Şənbə və bazar günü;
- İş yeri: Luxen Plaza;
- Korporativ nömrə verilir.
Oxşar vakansiya siyahısı:
Sayımçı
Hajigabul Poultry Farm Company Sayımçı vəzifəsi üzrə vakansiya elan edir. ...
1200₼
Layihələrin idarə olunmasi üzrə koordinatorPRO CON izo Layihələrin idarə olunmasi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
Kimyəvi analizlər üzrə laborant
Mətanət A Kimyəvi analizlər üzrə laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Hazır məhsul müfəttişi
Matanat A şirkəti Hazır məhsul müfəttişi vəzifəsi üzrə vakansiya elan edir. ...