Qısa məzmun
Zayam Technologies Park OJSC Planlama üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İşin təsnifatı:
- İstehsal proqnozları, planlar və öncəki dövrlərə aid məlumatların analiz edilməsi, dövri olaraq məlumatların yenilənməsi;
- Proqnoz və təchizat tədqiqatları əsasında müəyyən edilmiş məlumatlara əsaslanaraq tələb planlaşdırmanın həyata keçirilməsi və gərəkli sifarişlərin sistem üzərində sifariş edilməsinin təmin edilməsi;
- Xammal və material hissələrini təslim müddətinə uyğun olaraq təyin edərək sifarişlərin formalaşmasının təmin edilməsi;
- Hazır məhsul, xammal və material qalıqlarının yetərli olmasına nəzarət olunması;
- İstehsal vəziyyətinin, xammal məsrəflərinin həftəlik və aylıq olaraq plan, fakt analizinin tərtib edilməsi;
- Bağlı olduğu rəhbərinə günlük, həftəlik, aylıq, rüblük və illik raport və hesabatların hazırlanıb təqdim edilməsi.
Tələblər:
- Ali (bakalavr/magistr) təhsilli;
- Bu və ya oxşar sahədə minimum 1 il iş təcrübəsi;
- Azərbaycan dilində səlis danışmaq bacarığı;
- Microsoft Office proqramlarını əla səviyyədə bilməli;
- Hesabat hazırlama və analiz etmə bacarığı;
- Yaxşı ünsiyyət, nəticəyönümlülük və komandada ilə işləmək bacarığı;
- İstehsalat işlərindən anlayışlı olmalı;
- ERP sistemlərində işləmə bacarığı ;
- Əmək haqqı razılaşma yolu ilə.
Təminatlar:
- Nahar müəssisə tərəfindən verilir;
- İş qrafiki 09:00-dan 18:00-a dək (həftə içi 5 gün);
- Şənbə və bazar istirahət.
Qeyd: Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Planlama üzrə mütəxəssis”) qeyd olunmalıdır) göndərə bilərlər .
Oxşar vakansiya siyahısı:
Satınalma üzrə Mütəxəssis
Mətanət A şirkəti Satınalma üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Tender üzrə mütəxəssis
Barkod Electronics Tender üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Satınalma üzrə təcrübəçi
Başak Group Satınalma üzrə təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
1200 — 1500 ₼
Daxili satınalma üzrə mütəxəssisBaşak Group şirkəti Daxili satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
500₼
Satınalmalar üzrə kiçik mütəxəssisMaple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...