Qısa məzmun
Azertexnolayn Planlama üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Əmək funksiyası:
- Əməyin Xammal, yardımçı və köməkçi materiallar və hazır məhsul anbarına vaxtaşırı nəzarəti həyata keçirir və qalıqlar barəsində lazımi sənədləri tərtib edir;
- Nəzərdə tutulmuş stok həddinə uyğun tələblər açır və bu barədə şöbə müdirini məlumatlandırır;
- Gündəlik istehsal haqda məlumatı istehsalat şöbəsindən alır və müvafiq sənədləri tərtib edir;
- Verilmiş planla istehsal olunmuş məhsullar arasında yaranan hər hansı fərqi analiz edir və bunun baş vermə səbəblərini araşdırır;
- Müvafiq istehsal planına uyğun ehtiyacları müəyyən edir və bu barədə səmərəli uçot işlərini aparır;
- Açılmış tələb və sifarişlərin uçotunu aparır;
- Açılmış tələb və sifarişlərin satınalma şöbəsi tərəfindən qarşılanma səviyyəsinə nəzarət edir və bu barədə şöbə müdirini məlumatlandırır;
- Müvafiq dövrlər üçün satışlar haqda məlumatlar hazırlayır;
- Planlama işinin səmərəli təşkili ilə əlaqədar digər məsələlərin həllində iştirak edir;
- Effektiv planlama işini təşkilində iştirak edir;
- Planlama işinin effektivliyini təmin etmək məqsədilə İxracat, İstehsal, Satınalma və digər əlaqədar şöbələrdən vaxtında məlumatlar əldə edir, xammal və məhsul anbarını nəzərdən keçirir;
Namizədə tələblər:
- Ali təhsilli;
- Bu sahə üzrə minimum 2 il təcrübə;
- Sifarişlərə əsasən istehsal planlarının hazırlamaq qaydaları haqda biliklərə malik olmalı;
- Beynəlxalq standartları və onun tələbnamələrini bilməli;
- Azərbaycan dilini mükəmməl bilməli, İngilis və Rus dillərini bilmək arzuolunandır;
- Microsoft Office proqramlarını əla səviyyədə bilməli;
- Komandada işləmək bacarığına sahib olmalı;
- Yüksək ünsiyyət və analitik düşünmə bacarığı;
- Nəticəyönümlülük
Təminatlar:
- Nahar və servis şirkət tərəfindən verilir;
- Korporativ nömrə ilə təmin edilmə;
- İş qrafiki 09:00-dan 18:00-a dək (həftə içi 5 gün)
- Şənbə və bazar istirahət
Tələblərə uyğun gələn namizədlər CV-lərini “Planlama üzrə mütəxəssis” başlığı altında qeyd edərək göndərmələri xahiş olunur