Qısa məzmun
Mətanət A Şirkətlər Qrupu Planlama üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İşin təsviri:
- Layihənin icra mərhələlərini, fəaliyyət planını və vaxt cədvəlini (Gant chart) hazırlamaq;
- Resursların (maliyyə, insan, materiallar) təyini və paylanmasını həyata keçirmək;
- Gecikmə risklərinin idarə olunması üçün alternativ həllərin təklif edilməsi;
- Layihənin vaxtında və büdcə daxilində tamamlanması üçün müvafiq hesabatları təqdim etmək;
- İşlərin plan üzrə getməsini və kritik məqamlarda təhvil təslimlərin edilməsini koordinasiya etmək;
- Layihə ilə əlaqədar iclaslar təşkil etmək və əlaqədar şəxslərə icrası gözlənən işlərin və layihənin ümumi statusu barədə məlumat vermək;
- Proqres və yekun nəticələr barədə müntəzəm hesabatlar təqdim etmək;
Sənədləşmə və Hesabatlılıq:
- İnşaat işlərinin irəliləməsini izləmək və hesabatlar hazırlamaq;
- Layihə ilə əlaqədar sənədləri (planlar, müqavilələr, icra aktları və s.) arxivləmək;
- Layihə prosesinin və nəticələrinin raporlanmasını həyata keçirmək;
- Layihədən gündəlik hesabatların alınması, həftəlik iş planına əsasən yoxlanılması, analiz edilməsi və sonda hesabat hazırlanıb rəhbərliyə təqdim edilməsi.
Tələblər:
- Təhsil: Ali (İnşaat sahəsi üzrə);
- Təcrübə: Müvafiq sahədə ən azı 3 il (istehsalat tikintisi sahələrinə üstünlük veriləcək);
- Ezamiyyələrə hazır olmalı;
- Ofis proqramlarında işləmək bacarığı;
- Dil bilikləri: Azərbaycan və Ingilis dili (Rus dili arzuolunandır).
İş şəraiti:
- İş saatı: 09:00-dan 18:00-dək;
- İstirahət: Bazar günü (Şənbə qısaldılmış iş günü);
- İş yeri: Layihədən asılı olaraq dəyişir;
- Korporativ nömrə verilir.
Maraqlı olanlar mövzu sətrində vakansiyanın adını qeyd edərək hr@matanata.com ünvanına CV-ni göndərməyinizi xahiş edirik.
Oxşar vakansiya siyahısı:
430₼
İstehsal xəttində nəzarətçiAyan MMC İstehsal xəttində nəzarətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Tekstil meneceri
QAYO MMC Tekstil meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Texniki dəstək üzrə mütəxəssis (Helpdesk)
Mətanət A Şirkətlər Qrupu Texniki dəstək üzrə mütəxəssis (Helpdesk) vəzifəsi üzrə vakansiya elan edir. ...