Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Yelo Bank Plastik kartlarla əməliyyat şöbəsi / Kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İyirmi altı ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.
Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz hərəkətlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.
Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Plastik kartlarla əməliyyat şöbəsi, Kiçik mütəxəssis” vakansiyasını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə “Plastik kartlar_Kiçik mütəxəssis” qeyd etməklə öz CV-lərinizi cv@yelo.az ünvanına göndərə bilərlər.
Plastik kartlarla əməliyyat şöbəsi / Kiçik mütəxəssis
Vəzifə öhdəlikləri:
- POS-terminalların quraşdırılması və testdən keçirilməsi;
- Quraşdırılmış POS-terminalların texniki dəstək və xidməti nəzarət;
- POS-terminalların qeydiyyatının aparılması və arxivləşmə;
- POS-terminalların İD lərin GNİ sistemə daxil edilməsi
- POS-terminala proqram təminatının yüklənməsi ,profilin yüklənməsi və açarların daxil edilməsi;
- POS-terminalların inventarizasiyası;
- Pin-zərflərin və plastik kartların embossinqi, filiallara göndərilməsi, aktların qeydiyyatının aparılması ;
- Plastik kartların zərflərə qablaşdırılması;
- Gündəlik Pin-zərflərin və plastik kartların çapının qeydiyyatı
- Yararsız olan Pin-zərflərin və plastik kartların ləğv edilməsi.
Tələblər:
- Bankın dəyərlərinə uyğun işlərin təşkili;
- Ali və ya orta təhsil
- İş təcrübəsi tələb olunmur, amma arzu olunandır.
- Səmərəli ünsiyyət qurmaq bacarığı,
- Komanda ilə işləmə və qərar qəbul etmə qabiliyyəti,
- Microsoft Office üzrə bilikər.
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
- Əmək qanunvericiliyinə uyğun iş şəraiti;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Oxşar vakansiya siyahısı:
Ə/h razılaşma yolu ilə. Xalq Bank Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...
GL ASC-dən Şabran şəhərində yerləşən filialları üzrə Xəzinədar əməliyyatçı işçi qəbulu elan edir. ...
Max Print Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir. Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti olmalıdır. ...
Yelo Bank ASC PL/SQL üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Xalq Bank şirkəti "Şəki" filialının Kredit şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Dayanıqlı inkişaf (ESG) üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Mühasib ( Şəmkir ) vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Qeyri-maliyyə Risklərinin İdarə Edilməsi şöbəsində İnsidentlərin İdarə Edilməsi üzrə Baş Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...