Qısa məzmun
Kontakt Home PPC reklam üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Mükəmməl problem həll etmə və kommunikasiya bacarıqları olmalıdır.
Müraciət üçün linkə daxil olun: https://qlor.me/krt7o2qj
Təsvir:
- Pullu axtarış strategiyalarını effektiv planlaşdırmaq və formalaşdırmaq;
- Fərqli PPC kampaniyalarının idarə və optimizasiya edilməsi;
- Rəhbərlik üçün hesabatların və analizlərin hazırlanması;
- CTR faizini maksimum dərəcədə artırmaq üçün cəlbedici, yaradıcı və düzgün reklam mətnləri hazırlanması;
- Display və dinamik alış-veriş reklamları yaratmaq;
- Sayta keyfiyyətli traffik çəkəcək böyük açar söz siyahıları hazırlanması, mənfi açar sözləri tapılması və kampaniyaların açar sözlərə görə optimizasiyanın aparılması;
- Hədəf auditoriyaların müəyyənləşdirilməsi, mövcud və yeni yaradılacaq kampaniyalara görə effektiv hədəfləmələrin aparılması və optimizasiyası;
- E-ticarət əməliyyatlarının sayını artırmaq üçün keyfiyyətli remarketing kampaniyaları hazırlamaq və daimi olaraq optimizasiya etmək;
- ROI artırmaq üçün büdcəni ayarlamaq və biddinglər üzrə daimi yaxşılaşdırmalar etmək;
- Performansı qiymətləndirmək və problemləri dəqiq müəyyən etmək üçün KPI-lar hazırlamaq və mövcud KPI-ları izləmək;
- Keyfiyyət balını (Quality Score) artırmaq üçün açılış səhifələri yaratmaq və optimallaşdırmaq;
- Cihazlar, yerləşmə kanalları, tətbiqetmələr və s. üzrə düzgün planlama etmək və reklam effektivliyini artırmaq;
- Conversion Rate-i optimallaşdırmaq üçün effektiv A / B testləri hazırlamaq və tətbiq etmək.
Tələblər:
- PPC Meneceri və ya Rəqəmsal Marketinq Mütəxəssisi kimi 1 ildən artıq iş təcrübəsi;
- Davamlı inkişafa meyilli olmaq;
- Mükəmməl problem həll etmə və kommunikasiya bacarıqları;
- Tapşırıqların dəqiq və vaxtında icra edə bilmək;
- Möcvud kanallar üzrə olan layihələrə cavabdehlik;
- Məlumatların təhlili və hesabatların hazırlanmasında yüksək təcrübə;
- Axtarış mühərriklərində istifadəçilərin davranış tərzlərini anlamaq və ona uyğun optimizasiyalar apara bilmək;
- Şirkət resurslarından səmərəli istifadə etmək;
- Google Ads və Google Analytics hesabat interfeysi ilə tanışlıq;
- Analitik alətlər haqqında yüksək bilik: məs. Google Analytics, Data Studio və s.;
- Display Networks-dan düzgün istifadə, YouTube Ads təcrübəsi;
- HTML və XML strukturları barədə anlayışların olması üstünlükdür.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Əmək haqqı: Razılaşma yolu ilə
Oxşar vakansiya siyahısı:
Aparıcı Rəqəmsal Analitika Mütəxəssisi (Senior Digital Analytics Specialist)
Azərbaycan Hava Yolları QSC Aparıcı Rəqəmsal Analitika Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
1200 — 1500 ₼
Məhsul üzrə menecerKontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
1000₼
Sosial Media MütəxəssisiRam Solutions MMC Sosial Media Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edur. ...