Qısa məzmun
INNAB MMC PR könüllü (ödənişli) vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə tələblər:
- Təhsil– ali və ya natamam ali (tələbələr də müraciət edə bilər)
- PR üzrə təcrübəsinin olması arzuolunandır
- İngilis dili üzrə biliyi arzuolunandır
- Şirkətin partnyorları, müştəriləri və mətbuatla produktiv münasibətlər qurma bacarığı
- Ünsiyyət və dinləmə bacarıqları, düzgün sual verə bilmək, təmkinli və kreativ olmaq
İş haqqında məlumat:
- Aylıq videoların çəkilməsinin təşkili
- Aylıq və həftəlik kontentlərin hazırlanması
- Sosial şəbəkələrdə yeni trendlərin araşdırılması
- Kütləvi informasiya vasitələri ilə ictimaiyyətin məlumatlandırılması sahəsində işlərin təşkili
- Şirkətin korporativ imici üzrə strategiyaların hazırlanmasına dəstək
- PR büdcəsinin və kompaniyalarının hazırlanmasına dəstək
- Brifinq və konfransların təşkili, tədbirlər və sərgilərdə iştirak
- Sorğuların keçirilməsi və analizi
- İş qrafiki- sərbəst
- Könüllülük müddətində namizədə ödəniş ediləcək
- Tələblərə uyğun namizədlər mövzu hissəsinə “PR könüllü“ qeyd etməklə CV-ni hr@innab.org ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Məhsul üzrə menecer
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...