Qısa məzmun
FLY INN BAKU Hotel PR Marketing Manager vəzifəsi üzrə vakansiya elan edir.
Nəyi bilməlidir:
- Azərbaycan, Rus və İngilis dili;
- Bazar araşdırması;
- Ənənəvi və yeni marketinq kanalları;
- Microsoft Word, Excel, Outlook proqramları.
Nəyi bacarmalıdır:
- Nəticə yönümlülük;
- Kreativlik;
- İşgüzar ünsiyyət;
- Vaxtın idarəolunması;
- Ünsiyyət bacarıqları;
Xüsusi tələblər:
- Biznes/Marketinq və ya hər hansı əlaqəli sahədə bakalavr dərəcəsi;
- Marketinq üzrə sertifikatlar və kvalifikasiyalar;
- Müvafiq vəzifə üzrə azı 3 il iş təcrübəsi;
- Səliqəli xarici görünüş;
- Ezamiyyələrə hazır olmaq;
Gözlənilən davranışlar:
- Nizam-intizamlı;
- Tələbetmə və yönləndirmə;
- Komandada işləmə və düzgün idarəetmə.
İş şəraiti:
- İş qrafiki: 5 günlük;
- AR ƏM -nə müvafiq sənədləşmə;
- Korporativ nömrə ilə təmin edilmə;
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.
Vəzifə öhdəliyi:
İctimaiyyətlə əlaqələr üzrə:
- Event-management: müştərilər, partnyorlar və əməkdaşlar üçün tədbirlərin təşkili;
- Rüblük, yarım illik, illik PR planlarının hazırlanması;
- İctimaiyyətlə əlaqələr materiallarının plana uyğun olaraq yaradılması;
- Təqdimat kampaniyalarının planlaşdırılması və həyata keçirilməsi;
- Reklam kampaniyalarının hazırlanması və idarə olunması;
- Sərgilərin, sosial layihələrin təşkil edilməsi;
- Daxili PR strategiyasının hazırlanması və reallaşdırılması;
- Kütləvi informasiya vasitələri ilə faydalı əməkdaşlığın qurulması;
Sosial media və marketinq üzrə:
- Bazar araşdırması; Marketinq proseslərinin idarə olunması;
- Marketinq planını həyata keçirmək və büdcə hədəflərinin yerinə yetirilməsini təmin etmək;
- Qiymət strategiyalarını tənzimləmək;
- Aksiyaların məqsədli təşkili;
- Rəqəmsal marketinq planlarının hazırlanması və tətbiqinin həyata keçirilməsi;
Oxşar vakansiya siyahısı:
Məhsul üzrə menecer
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...